Müsahibə əsasında
Vakansiya haqqında
“A+CO” ASC şirkəti “Baytar” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
- İri buynuzlu epizootiya əleyhinə profilaktik, sanitar və digər baytarlıq tədbirlərin aparılması yolu ilə xəstəliklərdən qorumasını təmin etmək;
- Məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərini həyata keçirmək;
- Qida və emal üçün nəzərdə tutulan məhsulların və xammalın keyfiyyətinə nəzarət etmək;
- Uyğun olmayan heyvan cəmdəklərinin müayinəsini aparır, analiz üçün lazımi material götürmək və hesabat hazırlamaq;
- Bütün müalicə profilaktiki və baytar - sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin etmək;
- İstehsal üçün kəsilmiş heyvanların uyğun olmasını müəyyənləşdirmək;
- Baytarlıq işlərinin uçot və hesabatını aparmaq və bölmə rəhbərinə hesabat vermək;
- Heyvanlardakı xəstəliklərin və zədələnmələrin diaqnozunu qoymaq və müalicə üsullarını müəyyənləşdirmək;
- İribuynuzlu heyvanların terapevtik və cərrahiyə müalicəsini müəyyənləşdirmək;
- Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparmaq;
- Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət etmək və çoxalma proqramının həyata keçirilməsini təşkil etmək;
- Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak etmək;
- Məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərini həyata keçirmək;
- Heyvanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri təşkil etmək.
Tələblər:
- Ali təhsil (Baytarlıq sahəsi üzrə);
- Baytarlıq üzrə ən azı 5 il iş təcrübəsi;
- Komanda ilə işləmək bacarığı, dəqiqlik, məsuliyyətlilik;
- Dil bilikləri: Azərbaycan dili sərbəst.
İş şəraiti:
- İş yeri: Saatlı rayonu;
- Yaşayış yeri ilə təmin edilir;
- Nahar, korporativ nömrə və yaşayış yeri şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baytar” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiyalar
C
3 İyun 2026
Qəssab köməkçisi
Catering xidməti • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
2 İyun 2026
Aqronom (Saatlı rayonu)
A+CO ASC • Saatlı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
2 İyun 2026
Aqronom-Hacıqabul təsərrüfatı
Agro Dairy • Şəki
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
Ş
1 İyun 2026
Aqronom
Şirin Aqro • Bakı
Tam Ştat
2000 ₼Müraciət et
B
22 May 2026
Aqronom
Buta Agro • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
T
21 May 2026
Traktorçu
Tikinti materiallari magazasi • Bakı
Tam Ştat
1200 ₼Müraciət et