A
Azerbaijan Energy Regulatory Agency
Beynəlxalq əlaqələr şöbəsi – Böyük mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə münasibətlərin qurulması və genişləndirilməsi, əməkdaşlıq və təcrübə mübadiləsinin təşkil olunması istiqamətində aparılan tədbirlərin həyata keçirilməsində iştirak edir;
- Agentliyin xarici təşkilatlarla imzaladığı sənədlərin (anlaşma memorandumları, protokollar və s.) tərtib olunmasında iştirak edir, icrasına nəzarətin və həmin müqavilələr üzrə öhdəliklərin həyata keçirilməsi məqsədilə zəruri tədbirlərin icrasını təmin edir;
- Agentliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla görüşləri, seminarları, konfransları və digər tədbirləri təşkil edir;
- Agentliyin strukturunun və fəaliyyətinin təşkili və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanmasında iştirak edir;
- Beynəlxalq və regional miqyaslı tədbirlərdə (konfrans, seminar, iclas, görüş, təqdimat mərasimi, sərgi, rəsmi və işgüzar ziyafətlər və s.) iştirak edir və tədbirlərin nəticələrinə dair hesabatlar hazırlayır
- Agentliyin nümayəndə heyətinin xarici ölkələrə olan ezamiyyələri ilə bağlı protokol-təşkilati məsələlərin həllini təmin edir;
- Agentlik rəhbərliyinin xarici qonaqlarla (nümayəndə heyətləri) ilə Agentlik daxilində görüşlərinin təşkili ilə bağlı protokol fəaliyyətində iştirak edir;
- Şöbə müdirinin tapşırığına əsasən aidiyyəti üzrə sənədlərin tərcümə edilməsini təmin edir;
- Şöbənin iş planının və görülmüş işlər haqqında dövrlər üzrə hesabatların hazırlanmasında iştirak edir;
- Şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Zərurət yarandığı təqdirdə, xarici ezamiyyələrdə iştirak edir;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Tələblər:
- Ali təhsil- Beynəlxalq münasibətlər, regionşünaslıq, beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər, müvafiq dillər üzrə filoloji və tərcümə ixtisası istiqaməti üzrə
- Beynəlxalq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Microsoft Office üzrə biliklər – yüksək səviyyədə;
- İnternet araşdırma sistemləri – yaxşı səviyyədə;
- İngilis dili – yüksək səviyyədə;
- Rus dili – üstünlük verilir.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Beynəlxalq əlaqələr şöbəsi – Böyük mütəxəssis) qeyd edin.
Oxşar vakansiyalar
E
Bugün
Sosial Media Marketinq (SMM) mütəxəssisi
EDU COMPANY Təhsil Şirkəti • Bakı
Tam Ştat
—Müraciət et
E
Bugün
Satış məsləhətçisi (Naxçıvan mağazası)
Embawood • Naxçıvan
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Satış üzrə Bölgə Müdiri (Qazax / Göyçay)
Agro - West DC LLC • Göyçay
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Bugün
Satış məsləhətçisi
Mebel ofisi • Bakı
Tam Ştat
500 ₼Müraciət et
B
Bugün
Специалист по продажам
BREMENG AUTOPARTS • Bakı
Tam Ştat
600 ₼Müraciət et
C
Bugün
Satış meneceri
Clinera MMC • Bakı
Tam Ştat
1000 ₼Müraciət et