F
Facility Management Group
Binaların idarə edilməsi və istismarı üzrə koordinator
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
Portfoliomuza daxil olan binaların gündəlik fəaliyyətlərini səmərəli və fasiləsiz idarə edəcək təcrübəli və proaktiv koordinator axtarırıq. Bu rolun məqsədi təhkim edilən bina üzrə icarəçi və sakinlərin müştəri olaraq məmnuniyyətini təmin etmək üçün binanı (binaları) optimal şəkildə idarə etməkdən ibarətdir.
Vəzifə öhdəlikləri
- Təhkim olunmuş binada işçi heyətinin gündəlik fəaliyyətini koordinasiya etmək və işlərin vaxtında icrasını təmin etmək;
- Telekommunikasiya, istilik, elektrik, havalandırma və digər mühəndis sistemləri üzrə texniki xidmət və təmir proseslərini planlaşdırmaq, nəzarət etmək və əlaqələndirmək;
- Binanın konstruksiya və infrastrukturunun vəziyyətinin qiymətləndirilməsi məqsədilə mütəmadi texniki baxışları tətbiq etmək və aşkarlanan nasazlıqlar üzrə korrektiv tədbirləri təşəbbüs etmək;
- Kommunal xidmətlərin istehlakını təhlil etmək, xərc optimallaşdırılması və enerji səmərəliliyi üzrə təkliflər hazırlamaq;
- Parkinq idarəçiliyi, tullantıların utilizasiyası, binanın təhlükəsizliyi, təmizlik və digər əməliyyat xidmətlərinə nəzarət etmək;
- Sığorta planları, xidmət müqavilələri və üçüncü tərəf təminatçıları ilə əlaqələri idarə etmək;
- Maliyyə və qeyri-maliyyə əməliyyatlarını, texniki xidmət qrafiklərini, aktları və digər sənədləri dəqiq və sistemli şəkildə qeydiyyata almaq və yeniləmək.
Tələblər
- Ali təhsil (mühəndislik, texniki və ya idarəetmə sahələrinə üstünlük verilir);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Mühəndislik, texniki infrastruktur və bina istismarı üzrə baza bilikləri;
- Mühasibat uçotu və maliyyə prinsipləri haqqında əsas anlayışlar;
- Əla şifahi və yazılı ünsiyyət bacarıqları, müxtəlif tərəflərlə effektiv əməkdaşlıq etmək bacarığı;
- Güclü analitik düşünmə, problemlərin operativ qiymətləndirilməsi və məntiqli qərarvermə bacarığı;
- Çoxsaylı tapşırıqları paralel idarə etmək və dinamik mühitə adaptasiya olmaq qabiliyyəti.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- İşçinin inkişafı üçün təlim, tədris proqramları
- Rəqabətli əmək haqqı və bonus sistemi
- Korporativ nömrə
- Korporativ tədbirlər
- Könüllü tibbi sığorta
- Korporativ loyallıq proqramına üzvlük
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
N
Bugün
Mühafizəçi
Nurgun Holding • Bakı
Tam Ştat
550 ₼Müraciət et
N
Bugün
Resepşionist
North West • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
I
Dünən
Project Coordinator
INNOPRO CJSC • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
P
Dünən
Бизнес-ассистент владельца компании
Pharmaline Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
İcraçı direktor
Azera Holding • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Dünən
Təmizlik işçisi
Catering xidməti • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et