A

Aztrade

Son tarix: 15 Noyabr 2026

Biznes inkişafı üzrə menecerin assistenti

Marketinq və SatışBakıTam Ştat15 Oktyabr 202665

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam iş günü

İşəgötürən: İstehsalat və satış şirkəti

Vəzifə öhdəlikləri

  • Biznes inkişafı üzrə menecerə gündəlik işlərin təşkilində və idarə edilməsində dəstək göstərmək;
  • Bazar araşdırmalarının aparılmasında, yeni müştəri və biznes imkanlarının müəyyən edilməsində iştirak etmək;
  • Müştərilər, tərəfdaşlar və potensial biznes əlaqələri ilə ünsiyyət qurmaq;
  • Kommersiya təkliflərinin, hesabatların, təqdimatların və digər işgüzar sənədlərin hazırlanmasında iştirak etmək;
  • Microsoft Excel vasitəsilə məlumatların işlənməsi, təhlili, cədvəllərin və hesabatların hazırlanmasını həyata keçirmək;
  • Satış göstəricilərini, sifarişləri və digər biznes məlumatlarını izləmək və sistemləşdirmək;
  • Görüşlərin, danışıqların və işgüzar səfərlərin təşkilinə dəstək olmaq;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.

Namizədə tələblər

  • Cins: kişi
  • Ali təhsil;
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək (xüsusilə Microsoft Excel);
  • Excel-də düsturlar, funksiyalar, PivotTable və məlumatların təhlili ilə işləmək bacarığı;
  • Word və PowerPoint proqramlarında sərbəst işləmək, Outlook və digər MS Office alətlərindən istifadə etmək bacarığı;
  • Şəxsi avtomobilin olması mütləqdir;
  • Sürücülük vəsiqəsinin olması və avtomobili aktiv idarə etmək bacarığı;
  • Analitik düşüncə, məsuliyyətlilik və detallara diqqət;
  • Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları;
  • Operativlik, təşəbbüskarlıq və komandada işləmək bacarığı;
  • Azərbaycan və rus dillərini bilmək, ingilis dili biliyi üstünlükdür.

Şirkət təklif edir

  • Rəqabətədavamlı əməkhaqqı;
  • İş nəticələrinə uyğun inkişaf və karyera imkanları;
  • Peşəkar komandada iş təcrübəsi;
  • Vəzifə üzrə bilik və bacarıqların inkişaf etdirilməsi.

Tələblərə uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Vakansiyanın adını qeyd etmək mütləqdir!

Qeyd: Şəxsi avtomobilin olması və MS Excel proqramını yüksək səviyyədə bilmək əsas seçim meyarlarıdır.

Oxşar vakansiyalar