Seratonia MMC
Biznesin idarə olunması üzrə assistent
2000 ₼
Vakansiya haqqında
Əmək haqqı: 2000–3000 AZN
Şirkətimizin biznes proseslərinin idarə olunması, xarici tərəfdaşlarla görüşlərin təşkili və işgüzar əlaqələrin koordinasiyası üçün rus və ingilis dillərini sərbəst bilən xanım əməkdaş axtarılır.
İş formatı:
İşin əsas hissəsi xarici biznes səfərləri, tərəfdaşlarla görüşlər və danışıqlarda iştirakdan ibarətdir.
Namizəd ay ərzində ən azı 7 gün xarici səfərlərdə olacaq. Qalan müddətdə isə Bakıdan onlayn şəkildə biznes proseslərinin koordinasiyası və idarə olunmasında iştirak edəcək.
İş qrafiki biznes görüşləri və səfərlərin vaxtına uyğun olaraq elastikdir.
Bütün xarici səfər xərcləri şirkət tərəfindən qarşılanır.
Əmək haqqı namizədin təcrübəsi, dil bilikləri və peşəkar bacarıqlarına uyğun müəyyən ediləcək
Tələblər:
Rus və ingilis dillərində sərbəst və yüksək səviyyədə danışıq bacarığı;
Biznes görüşlərində iştirak etmək və lazım olduğu zaman peşəkar tərcümə aparmaq bacarığı;
Yüksək danışıq və ünsiyyət mədəniyyəti;
Səliqəli və baxımlı xarici görünüş, yüksək təqdimat mədəniyyəti və biznes mühitinə uyğun peşəkar imic;
İşgüzar görüşlərdə özünü inamlı və peşəkar şəkildə təqdim etmək bacarığı;
Yüksək davranış və etik ünsiyyət mədəniyyəti;
Məsuliyyətli, operativ və işgüzar olmaq;
Ay ərzində ən azı 7 gün xarici səfərlərdə olmağa hazır olmaq.
Oxşar vakansiyalar
Təlim və İnkişaf üzrə Biznes Tərəfdaş
PMD Projects LLC • Bakı
Filial Müdiri
International BOKT • Bakı
Məlumat meneceri
Trans Milli Holding • Bakı
Ofis meneceri
Aİ.LABS • Bakı
Mühafizəçi
Holiday Inn Baku Hotel • Bakı
Hazır məhsul koordinatoru
Organica (qida məhsulu istehsalı) • Bakı