R

Respublika Diaqnostika Mərkəzi

Son tarix: 9 Avqust 2026

Biznesin inkişafı üzrə Menecer

Marketinq və SatışBakıTam Ştat9 İyul 202690

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədə tələblər: 

  • Ali təhsil;
  • Yaş həddi – 25-40
  • MS Office proqramları üzrə yüksək bacarıqlar;
  • Ünsiyyət qurma, işgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • Müvafiq vəzifədə minimum 3 il iş təcrübəsi mütləqdir;
  • Yüksək təqdimat bacarığı;
  • Dil bilikləri: Azərbaycan, Rus və ingilis dilləri;

Vəzifə öhdəlikləri:  

  • Müəssisənin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;
  • Biznes proseslərinin təkmilləşdirilməsi;
  • Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;
  • Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi; 
  • Müəssisənin bazarda mövqeyinin gücləndirilməsi üçün strategiyaların hazırlanması və icrasına nəzarət; 
  • Strateji tərəfdaşların müəyyən edilməsi və tərəfdaş şəbəkəsinin inkişaf etdirilməsi;

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri, Tbilisi pr. 147
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır.
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirmə

Müraciət üçün namizədlər CV formunu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yanlız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar