Makromed
Biznesin inkişafı üzrə Menecer (Tibbi)
1000 ₼
Vakansiya haqqında
Biznesin İnkişafı üzrə Menecer
İstiqamət: Əczaçılıq və tibbi konsaltinq
Şirkət: “MAKROMED” MMC
Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küçəsi 203C, Nəsimi metrosuna yaxın
İş qrafiki: Həftənin 5 günü, 09:00–18:00
Alternativ qrafik: 08:00–17:00 və ya 08:30–17:30
Əmək haqqı: 1000–1500 AZN. Namizədin təcrübəsi, dil bilikləri, satış və biznes inkişafı bacarıqlarından asılı olaraq fərdi şərtlər müzakirə oluna bilər.
“MAKROMED” MMC əczaçılıq və tibbi konsaltinq sahəsində 10 ildən artıq təcrübəyə malik, yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq edən peşəkar konsaltinq şirkətidir. Şirkətimiz dərman vasitələrinin qeydiyyatı, farmakonəzarət, tibbi vasitələr, bioloji fəallığa malik qida əlavələri və bazara çıxış üzrə kompleks xidmətlər göstərir.
Hazırda komandamıza əczaçılıq və tibbi sahədə biznes əlaqələrinin inkişafı, yeni tərəfdaşların cəlb edilməsi və beynəlxalq layihələrin koordinasiyası istiqamətində işləyəcək Biznesin İnkişafı üzrə Menecer axtarırıq.
Biz nə təklif edirik?
• Əczaçılıq və tibbi konsaltinq sahəsində peşəkar inkişaf imkanı;
• Yerli və beynəlxalq şirkətlərlə işləmək fürsəti;
• Xarici bazarlar və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq təcrübəsi;
• Satış, biznes inkişafı və layihə koordinasiyası üzrə praktiki təcrübə;
• Peşəkar, sistemli və inkişaf yönümlü iş mühiti;
• Stabil iş qrafiki və rahat yerləşmə.
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Biznesin İnkişafı üzrə Menecer” qeyd etməklə aşağıdakı e-mail ünvanına göndərə bilərlər:
[email protected]
+994 (77) 727 60 06
Tələblər:
• Ali tibbi, əczaçılıq, iqtisadiyyat, menecment və ya əlaqəli sahələr üzrə təhsil;
• Minimum 1 il iş təcrübəsi; satış, biznes inkişafı, müştəri əlaqələri və ya əczaçılıq sahəsində təcrübə üstünlükdür;
• Əczaçılıq, tibbi və ya konsaltinq sahəsinə maraq;
• Xarici və yerli şirkətlərlə peşəkar ünsiyyət və danışıqlar aparmaq bacarığı;
• Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
• Rus dili biliyi üstünlük hesab olunur;
• MS Office proqramlarında sərbəst işləmək bacarığı;
• Güclü ünsiyyət, təqdimat və təşkilatçılıq bacarığı;
• Təşəbbüskar, nəticəyönümlü və məsuliyyətli iş yanaşması;
• Komanda ilə işləmək və paralel layihələri idarə etmək bacarığı.
Vəzifə öhdəlikləri:
• Xarici və yerli əczaçılıq, tibbi və əlaqəli sahələrdə fəaliyyət göstərən şirkətlərlə kommersiya danışıqlarının aparılması;
• Yeni müştərilərin, distribütorların, istehsalçıların və potensial tərəfdaşların müəyyən edilməsi;
• Mövcud müştəri bazasının inkişaf etdirilməsi və məlumat bazasının sistemli şəkildə aparılması;
• Müştərilərlə yazışmaların, telefon danışıqlarının və işgüzar görüşlərin təşkili;
• Kommersiya təkliflərinin, müqavilələrin və əməkdaşlıq şərtlərinin hazırlanmasında iştirak;
• Müqavilələrin icra prosesinin izlənilməsi və tərəflər arasında koordinasiyanın təmin edilməsi;
• Müştəri layihələrinin qeydiyyat, farmakonəzarət və digər aidiyyəti istiqamətlərlə əlaqələndirilməsi;
• Kommersiya sifarişləri, logistika və layihə üzrə əsas iş proseslərinin koordinasiyası;
• Zərurət olduqda təqdimatların, kommersiya materiallarının və PPT prezentasiyaların hazırlanması;
• Görülən işlər, danışıqlar və potensial layihələr barədə rəhbərliyə mütəmadi hesabat verilməsi;
• Toplantılarda, müştəri görüşlərində və biznes danışıqlarında iştirak.
Oxşar vakansiyalar
Qrup Rəhbəri (pediatriya qrupu üçün)
PASHA-K • Bakı
Satış təmsilçisi OTC (aptek qrupu)
GRAND MEDİCİNE MMC • Bakı
Tibb bacısı
Aysel • Bakı
Tibb bacısı (Bakı və Sumqayıt)
SwissDent • Bakı
Tibb bacısı
"Binə Aqro" QSC • Bakı
Медсестра в косметологию
Empire by Asthetik Lab • Bakı