A
AZCD Group QSC
BOQ və Texniki Satınalma Mütəxəssisi (İnşaat sahəsi)
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə haqqında ümumi məlumat:
- BOQ və Texniki Satınalma Mütəxəssisi layihə çərçivəsində podratçı və subpodratçılar arasında razılaşdırılmış iş, xidmət və materialların BOQ-lar, qiymət razılaşmaları, müqavilə sənədləri və digər kommersiya-texniki sənədlər əsasında təhlilini həyata keçirir.
- Vəzifənin əsas məqsədi təqdim olunmuş qiymətlərin bazar şərtlərinə, layihə büdcəsinə, texniki tələblərə və razılaşdırılmış iş həcmlərinə uyğunluğunu yoxlamaq, qiymətlərin əsaslılığını qiymətləndirmək və mümkün qiymət uyğunsuzluqlarını müəyyən etməkdir.
Vəzifə öhdəlikləri:
- BOQ-lar, qiymət razılaşmaları, müqavilə sənədləri və digər kommersiya-texniki sənədləri təhlil etmək;
- Podratçı və subpodratçılar arasında razılaşdırılmış iş, xidmət və materialların sənədlərdə düzgün əks olunmasını yoxlamaq;
- BOQ maddələri üzrə iş həcmlərini, vahid qiymətləri və ümumi məbləğləri audit etmək;
- Təqdim olunmuş qiymətlərin bazar qiymətləri və analoji layihələr üzrə göstəricilərlə müqayisəli təhlilini aparmaq;
- Tikinti materialları, xidmətlər və iş növləri üzrə mütəmadi bazar araşdırması həyata keçirmək;
- Qiymətlərin layihə büdcəsinə, texniki tələblərə və təsdiqlənmiş kommersiya şərtlərinə uyğunluğunu yoxlamaq;
- BOQ-larda təkrar, uyğunsuz və ya kommersiya baxımından əsaslandırılması tələb olunan maddələri müəyyən etmək;
- Qiymətlərin optimallaşdırılması imkanlarını araşdırmaq və rəhbərliyə əsaslandırılmış təkliflər təqdim etmək;
- Müqavilə və qiymət razılaşmalarında qeyd olunan iş həcmlərinin layihə ehtiyacları ilə uyğunluğunu təhlil etmək;
- Qiymət fərqləri, bazar qiymətlərindən kənarlaşmalar və potensial riskli maddələr üzrə hesabatlar hazırlamaq;
- Kommersiya, maliyyə və texniki komandalarla koordinasiyalı şəkildə işləmək;
- Aparılan təhlillər üzrə müqayisəli cədvəllər, analitik hesabatlar və rəy sənədləri hazırlamaq.
- İnşaat materiallarının texniki spesifikasiyalarını layihə sənədlərinə uyğun qiymətləndirmək bacarığı.
Tələblər:
- Ali təhsil — İnşaat, İqtisadiyyat, Menecment və ya digər aidiyyəti sahələr üzrə;
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
- Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;
- Layihə çertyojları və smeta sənədlərini oxumaq, təhlil etmək və satınalma prosesində tətbiq etmək bacarığı;
- Məsuliyyətli və detallara diqqətli olmalıdır;
- MS Office, həmçinin 1C proqramlarını bilməlidir;
- Azərbaycan dili zəruridir, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti;
- İş qrafiki: Bazar ertəsi – Cümə günü, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00–18:00;
- Könüllü tibbi sığorta;
- Əmək haqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “BOQ və Texniki Satınalma Mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
N
Bugün
Sürücü-Kuryer
NetTech • Bakı
Tam Ştat
800 ₼Müraciət et
A
Bugün
Anbardar (Şirvan)
Amal Group • Şirvan
Tam Ştat
1000 ₼Müraciət et
V
Bugün
Beynəlxalq daşınma üzrə mütəxəssis
Veysəloğlu MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Direktor sürücüsü
Camal LTD • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
A
Bugün
Satınalma üzrə mütəxəssis
Avicom LLC • Bakı
Remote
1500 ₼Müraciət et
I
Bugün
Storekeeper (Offshore Construction Vessel)
IRES • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et