B

BONAFIDE Law Firm

Son tarix: 8 İyul 2026

Böyük hüquqşünas

HüquqBakıTam Ştat9 İyun 2026188

1200

Vakansiya haqqında

BONAFİDE Hüquq Şirkəti “Böyük hüquqşünas” vəzifələrinə namizəd axtarışındadır!

Vəzifə öhdəlikləri:

  • hüquqi tədqiqat və təhlillərin aparılması
  • hüquqi məsləhətin verilməsi
  • hüquqi arayışların və sənədlərin tərtib edilməsi
  • Şirkətin fəaliyyəti ilə bağlı rəhbərliyin digər tapşırıqlarının icra edilməsi

Tələblər:

  • Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür)
  • Azərbaycan və Rus dilində sərbəst danışmaq və yazmaq bacarığı
  • Azı 2 il iş təcrübəsi (hüquq şirkətlərində iş təcrübəsi üstünlükdür)
  • Vəkillər Kollegiyasının üzvü olması ciddi üstünlükdür

Qeyd: Hazırkı vəzifə şirkətin rusdilli müştəriləri ilə sıx ünsiyyət və əlaqə qurulmasını nəzərdə tutduğundan, rus dilini sərbəst bilməyən namizədlər nəzərə alınmayacaq.

Şərtlər:

  • 5 günlük normal iş rejimi (09.00 – 18.00)
  • Əmək qanunvericiliyi üzrə rəsmiləşdirmə
  • 1200 – 1800 AZN məbləğində maaş (namizəddən asılı olaraq)
  • Vəkil namizəd üçün əlavə bonuslar

Xahiş edirik, maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər. Email göndərərkən müraciət etdiyiniz vəzifənin adını qeyd etməyə unutmayın.

Müraciət edən namizədlərdən yalnız vakansiyaya daha uyğun gələn şəxslərlə əlaqə saxlanılacaq. Xahiş edirik bizimlə telefonla əlaqə saxlamağa cəhd etməyəsiniz.

Oxşar vakansiyalar