A

AIMC (Azerbaijan International Mining Company)

Son tarix: 2 Noyabr 2026

Böyük Mexanika Mühəndisi

MühəndislikGədəbəyTam Ştat3 Oktyabr 202649

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Mexaniki texniki xidmət və təmir fəaliyyətlərinin planlaşdırılması və icrasını təmin etmək;
  • Zavod və istehsalat avadanlıqlarının etibarlı, təhlükəsiz və səmərəli istismarını təmin etmək;
  • Avadanlıqlar üçün profilaktik və proqnozlaşdırıcı texniki xidmət proqramlarının hazırlanması və icrasında iştirak etmək;
  • Təmir, əsaslı təmir, avadanlıq yenilənməsi və modernizasiya işlərini koordinasiya etmək;
  • Mexaniki avadanlıqların texniki vəziyyətini, performansını və texniki xidmət KPI-larını izləmək və təhlil etmək;
  • Avadanlıqlarda baş verən nasazlıqları araşdırmaq, kök səbəb analizini (Root Cause Failure Analysis) aparmaq və düzəldici tədbirlərin həyata keçirilməsini təmin etmək;
  • Texniki xidmət planlarının və iş qrafiklərinin hazırlanmasını təmin etmək;
  • Ehtiyat hissələri və materiallara olan tələbatı müəyyənləşdirmək və onların səmərəli idarə olunmasını təmin etmək;
  • Texniki xidmət büdcəsinin hazırlanmasına və xərclərə nəzarətə dəstək olmaq;
  • Mühəndislik çertyojlarını, texniki spesifikasiyaları və avadanlıq təlimatlarını oxumaq və şərh etmək;
  • Mexaniki avadanlıqlar və texniki xidmət fəaliyyətləri üzrə texniki hesabatlar hazırlamaq;
  • Texniki xidmət və təmir işlərinin əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit standartlarına uyğun həyata keçirilməsini təmin etmək;

Tələblər

  • Mexanika mühəndisliyi və ya əlaqəli texniki ixtisas üzrə bakalavr dərəcəsi;
  • Mexanika mühəndisliyi, texniki xidmət və ya avadanlıqların etibarlılığı sahəsində minimum 7 il iş təcrübəsi;
  • Sənaye avadanlıqlarının texniki xidməti, təmiri və istismarı üzrə geniş təcrübə;
  • Mexaniki sistemlər, fırlanan avadanlıqlar, nasoslar, kompressorlar, reduktorlar, konveyerlər, hidravlik və pnevmatik sistemlər üzrə güclü texniki biliklər;
  • Profilaktik və proqnozlaşdırıcı texniki xidmət prinsipləri üzrə biliklər;
  • Nasazlıqların araşdırılması, problemlərin həlli və kök səbəb analizinin aparılması bacarığı;
  • Texniki xidmətin planlaşdırılması və iş qrafiklərinin hazırlanması üzrə təcrübə;
  • Mühəndislik çertyojlarını və texniki sənədləri oxuma və şərh etmə bacarığı;
  • Texniki hesabatların hazırlanması və sənədləşdirmə bacarığı;
  • Microsoft Office proqramları ilə yaxşı istifadə bacarığı;
  • ERP sistemləri ilə işləmə bacarığı;
  • Namizədlərin yaxın bölgələrdən olması arzuolunandır;
  • İngilis dili biliyi arzuolunandır.

İş şəraiti və şərtləri

  • İş yeri: Gədəbəy, Azərbaycan
  • İş qrafiki: Növbəli iş qrafiki
  • Yaşayış yeri: Şirkət tərəfindən təmin edilir
  • Tibbi sığorta

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar