Z

Zeta Group

Son tarix: 25 Sentyabr 2026

Brend Menecer

Marketinq və SatışBakıTam Ştat25 Avqust 2026148

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifələr

  • Brend strategiyasının hazırlanması, həyata keçirilməsi və inkişaf etdirilməsi;
  • Brendin bazarda mövqeləndirilməsinin və korporativ imicinin idarə olunması;
  • Bazar, müştəri davranışları və rəqiblərlə bağlı araşdırmaların aparılması;
  • Kreativ agentliklər, media tərəfdaşları və digər təchizatçılarla əməkdaşlığın koordinasiyası;
  • Kampaniyaların effektivliyinin əsas göstəricilər üzrə qiymətləndirilməsi və hesabatların hazırlanması;
  • Müvafiq şöbələrlə əməkdaşlıq edərək biznes məqsədlərinə uyğun marketinq təşəbbüslərinin həyata keçirilməsi.

Namizədə tələblər

  • Marketinq, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Brend menecmenti və ya marketinq sahəsində iş təcrübəsi;
  • Güclü planlaşdırma və layihə idarəetmə bacarığı;
  • Yüksək kommunikasiya və təqdimat bacarıqları;
  • Excel və digər MS Office proqramlarında yaxşı səviyyədə işləmək;
  • Layihələri planlaşdırmaq və idarə etmək bacarığı;
  • Komanda ilə işləmək və müxtəlif tərəfdaşlarla effektiv əməkdaşlıq etmək bacarığı;
  • Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək.

İş şəraiti

  • İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-a kimi
  • İş yeri: Vurgun Residence

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar