M

Minvolt MMC

Son tarix: 11 Sentyabr 2026

Business Development Manager (B2B)

Marketinq və SatışBakıTam Ştat11 Avqust 202644

2500

Vakansiya haqqında

İşin təsviri:

MİNVOLT komandası olaraq, elektrik velosipedlərinin B2B satış istiqamətini sürətlə inkişaf etdirəcək, iri korporativ tərəfdaşlarla əlaqələr quracaq, enerjili və nəticəyə yönəlməş Business Development Manager axtarırıq! B2B satış sahəsində təcrübən varsa, danışıqlar aparmağı və böyük müqavilələr bağlamağı sevirsənsə, bu iş məhz sənin üçündür.

İş şəraiti:

  1. İş qrafiki: Tam iş günü (Full-time)
  2. Əməkhaqqı: 2500 - 3000 AZN

Biz nə təklif edirik:

  1. İnnovativ texnologiyalar və mikromobillik sahəsində lider startap mühitində işləmək imkanı;
  2. Böyük korporativ layihələri idarə etmək və B2B sektoru sıfırdan böyütmək üçün geniş meydan;
  3. Peşəkar inkişaf və rəqabətədavamlı əməkhaqqı (2500 - 3000 AZN).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "Business Development Manager" qeyd edərək [email protected] Email ünvanına göndərə bilərlər.

Tələblər:

B2B satış sahəsində minimum 2-3 il uğurlu iş təcrübəsi;

Logistika, mikromobillik və ya elektrik nəqliyyatı sahəsində təcrübənin olması böyük üstünlükdür;

Yüksək səviyyədə danışıqlar aparmaq, təqdimat etmək və inandırmaq bacarığı;

Komandada işləmək bacarığı, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik.

Vəzifə öhdəlikləri:

B2B Satışın inkişafı: Şirkətin elektrik velosipedləri üzrə B2B satış istiqamətinin fəal şəkildə təşviqi və genişləndirilməsi;

Məhsul portfeli üzrə satış: Sea Breeze, Sky Breeze, Şahdağ və digər modellərin korporativ müştərilərə satışı;

İstehsalat və Logistika tərəfdaşlığı: Ərazisi böyük olan iri istehsalat müəssisələri və daxili logistika üçün yük velosipedlərinin satışı və tətbiqi;

Korporativ danışıqlar: İri korporativ müştərilərlə və qərarverici şəxslərlə yüksək səviyyədə danışıqların aparılması;

Müqavilələrin bağlanması: Satış prosesinin sonadək idarə edilməsi, kommersiya təkliflərinin hazırlanması və rəsmi müqavilələrin bağlanması.

Oxşar vakansiyalar