2

247 tech solutions

Son tarix: 7 Oktyabr 2026

Business Partnership Manager

Marketinq və SatışBakıTam Ştat28 Avqust 202676

Vakansiya haqqında

Partnership Manager

 

24/7 komandamıza Partnership Manager axtarırıq.

 

Bu vəzifədə əsas fokusumuz 24/7 tətbiqi üçün yeni tərəfdaşlıqlar qurmaq və platformaya bizneslər, brendlər və müxtəlif şirkətləri cəlb etməkdir. Bununla yanaşı, 24/7-nin media və podcast layihələri üçün reklam və sponsorluq əməkdaşlıqlarının yaradılması da vəzifənin əsas istiqamətlərindən biri olacaq.

 

Vəzifə öhdəlikləri

 

  • 24/7 tətbiqi üçün yeni biznes və şirkət tərəfdaşlarının cəlb edilməsi
  • Potensial tərəfdaşların araşdırılması və yeni əlaqələrin qurulması
  • Şirkət və brendlərlə görüşlərin və danışıqların aparılması
  • Tərəfdaşlıq modellərinin və kommersiya təkliflərinin hazırlanması
  • Əməkdaşlıqların razılaşdırılması və müqavilə mərhələsinə qədər idarə olunması
  • 24/7 üçün yeni biznes və gəlir imkanlarının yaradılması
  • Reklam və sponsorluq əməkdaşlıqlarının cəlb edilməsi
  • Podcast və digər media layihələri üçün kommersiya tərəfdaşlarının tapılması
  • Mövcud tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi
  • Aylıq hədəflər üzrə işləmək və nəticələri izləmək

 

Namizədə tələblər

 

  • Partnership, Business Development, Sales, Account Management və ya əlaqəli sahədə təcrübə
  • Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı
  • Yeni müştəri və tərəfdaşlar cəlb etmək bacarığı
  • Satış və kommersiya düşüncəsi
  • Təşəbbüskarlıq və nəticəyönümlülük
  • Müstəqil işləmək və yeni imkanlar yaratmaq bacarığı

 

Əsas gözləntimiz

 

24/7 tətbiqinə real tərəfdaşlar gətirmək, yeni əməkdaşlıqlar yaratmaq və bu əməkdaşlıqları gəlir gətirən nəticələrə çevirmək.

 

Əməkhaqqı namizədin təcrübəsi və bacarıqları nəzərə alınmaqla müsahibə zamanı müzakirə olunacaq.

 

Əgər nəticəyönümlü və yeni biznes imkanları yaratmağı bacaran birisənsə, CV-ni bizimlə paylaş

 📩 [email protected]

Oxşar vakansiyalar