B

Business Insight International Research Group

Son tarix: 19 Sentyabr 2026

Çağrı Mərkəzinin Meneceri

Müştəri XidmətləriBakıTam Ştat20 Avqust 2026170

Müsahibə əsasında

Vakansiya haqqında

Business Insight şirkətinin Müştəri Loyallığı Departamentinin Çağrı Mərkəzində “Çağrı Mərkəzinin Meneceri”  vəzifəsi üzrə aktiv vakansiya var.

Tələblər:

  • 28-35 yaş 
  • Xanım namizədlər;
  • Ali təhsil;
  • Menecer vəzifəsində minimum 2 il iş təcrübəsinin olması;
  • Microsoft Office və Google Sheet bilikləri;
  • Yaxşı səviyyəsində kompüter bilikləri;
  • Yüksək səviyyədə kommunikasiya və danışıq qabiliyyəti;
  • Yüksək səviyyədə, planlama, liderlik və  idarəetmə qabiliyyəti;
  • Analitik düşüncə və təşəbbüskarlıq;
  • Problem həlletmə qabiliyyətinin yüksək olması. 

Vəzifə öhdəlikləri:

  • Çağrı mərkəzinin gündəlik fəaliyyətinə nəzarət etmək, komandaya rəhbərlik etmək;
  • Operatorların iş cədvəllərini, iş yükünü və performansını planlaşdırmaq, eləcə də optimallaşdırmaq;
  • Loyallıq proqramı üzvləri ilə məlumat mübadiləsi, düzgün kommunikasiya və  layihə planına uyğun işin təşkili;
  • Çağrı mərkəzinin fəaliyyətini optimallaşdırmaq üçün zənglərin idarə olunması prosedurları, iş axınının idarə olunması və resursların bölüşdürülməsi daxil olmaqla planlar hazırlamaq və tətbiq etmək;
  • Müştəri sorğularının, şikayətlərinin və təkliflərinin vaxtında və keyfiyyətlə cavablandırılmasını təmin etmək;
  • SOP-ların (Standard Operating Procedures) yerinə yetirilməsini təmin etmək və onları təkmilləşdirmək;
  • Geri zənglər, SMS və effektiv kommunikasiyanın təşkili, eləcə də effektiv icrasına nəzarət etmək.
  • KSM layihələr və marketinq kampaniyaları zamanı  məlumat mübadiləsinin planlaması və təşkili.
  • Loyallıq proqramı üzvlərindən daxil olan şikayət və iradların həll olunması.
  • Komandada işləmək və əməkdaşlarla effektiv əlaqə qurmaq bacarığı.
  • Dinamik və sürətli iş mühitində işləmək bacarığı.
  • Təkmilləşmə imkanlarını və narahatlıq doğuran sahələri müəyyən etmək üçün çağrı mərkəzi məlumatlarını izləmək və təhlil etmək.
  • Rəhbərliyə gündəlik və həftəlik hesabatların təqdim olunması.

İş şəraiti:

  • Öyrədici və inkişafameyilli iş mühiti.
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
  • İş vaxtı həftədə 6 gün;
  • Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsi, bilik və bacarıqları əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan poçt ünvanına başlıq olaraq, “Çağrı Mərkəzinin Meneceri” qeyd olunmalıdır.

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərin CV-ləri nəzərdən keçiriləcək. Tələblərə uyğun olmayan namizədlərdən CV göndərməmələri xahiş olunur. 

Oxşar vakansiyalar