G

Gudfood MMC

Son tarix: 6 Noyabr 2026

Çatdırılma xidməti üzrə əməkdaş

Logistika və TəchizatBakıTam Ştat6 Oktyabr 202631

1100 ₼

Vakansiya haqqında

Qida məhsullarının restoranlara, kafelərə və market şəbəkələrinə topdan satışı və çatdırılması ilə məşğul olan şirkətimizə çatdırılma üzrə əməkdaş tələb olunur.

İşin xüsusiyyəti:

Bu vakansiya adi kiçik bağlama kuryerliyi deyil. Şirkət topdan məhsul çatdırılması ilə məşğuldur və sifarişlər bəzən çoxsaylı və ağır bağlamalardan ibarət olur. Namizəd fiziki işə hazır olmalı və yüklərin daşınmasında iştirak edə bilməlidir.

İş yeri: Bakı şəhəri

İş qrafiki: Tam iş günü

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Çatdırılma xidməti" qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Telefon vasitəsi ilə va ya Whatsapp üzərindən müraciət edəcək namizədlərin məlumatları nəzərə alınmayacaq!

Tələblər:

  1. Fiziki cəhətdən sağlam və aktiv olmaq;
  2. Məsuliyyətli, punktual və operativ olmaq;
  3. Bakı şəhərini yaxşı tanımaq;
  4. Müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq;
  5. Komandada işləmə bacarığı;
  6. Oxşar sahədə iş təcrübəsi üstünlükdür.

Vəzifə öhdəlikləri:

  1. Sifarişlərin anbarından qəbul edilməsi və avtomobilə yüklənməsində iştirak;
  2. Məhsulların restoran, kafe, otel və market şəbəkələrinə vaxtında çatdırılması;
  3. Məhsulların müştəriyə düzgün və tam şəkildə təhvil verilməsi;
  4. Çatdırılma zamanı qaimə və digər sənədlərin yoxlanılması və təhvil-təslim prosesinin düzgün aparılması;
  5. Lazım olduqda məhsulların boşaldılmasına və müştərinin qəbul zonasına daşınmasına kömək etmək;
  6. Gün ərzində müəyyən edilmiş çatdırılma marşrutu üzrə işləmək.

Oxşar vakansiyalar