T
Tam Store
Çertyojçu (Draftsman)
Müsahibə əsasında
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Obyektlərə yerində baxış keçirmək, otaq və sahələrin dəqiq ölçülərini götürmək, mövcud vəziyyəti və texniki xüsusiyyətləri qeydə almaq;
- Aparılmış ölçülər əsasında ölçü planlarını və çertyojları hazırlamaq;
- Obyekt üzrə toplanmış məlumatları ofisdə sistemləşdirmək, emal etmək və layihələndirmə üçün hazırlamaq;
- Götürülmüş ölçülər və verilmiş texniki tapşırıqlar əsasında memarlıq çertyojlarını hazırlamaq və tərtib etmək;
- Otaqların planlarını, avadanlıqların yerləşmə planlarını və layihə üzrə tələb olunan digər çertyojları hazırlamaq, zəruri düzəlişlər etmək;
- Ölçü nəticələrini elektron formata köçürmək, çertyojların dəqiqliyini və obyektin faktiki vəziyyətinə uyğunluğunu təmin etmək;
- Hazırlanmış layihə sənədlərini layihənin tələblərinə uyğun olaraq DWG (AutoCAD) və ya PLN (ArchiCAD) formatlarında elektron şəkildə təhvil vermək;
- Memarın tapşırıqları və qeydləri əsasında çertyojlara müvafiq düzəlişlər etmək;
- İşlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini və layihə sənədlərinin tərtibatı üzrə şirkətin daxili standartlarına riayət olunmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Çertyojları düzgün oxumağı və başa düşməyi bacarmalı;
- Obyekt və ərazi üzrə düzgün orientasiyası olmalı;
- Obyektdə dəqiq ölçülər götürməyi bacarmalı(divar ölçüləri, hündürlüklər, məsafələr və digər zəruri ölçülər);
- Obyektə gedərək bütün lazımi ölçüləri düzgün şəkildə qeyd etməli və əldə etdiyi məlumatları sistemləşdirə bilməli;
- Ərazinin və obyektin mövcud çertyojlarını proqramda işləyə bilməli, götürülmüş ölçüləri proqram təminatına düzgün şəkildə köçürməyi bacarmalı;
- Tikinti işlərinin layihəyə və verilmiş plana uyğunluğuna nəzarət etməyi bacarmalı;
- DWG proqramını yaxşı səviyyədə bilməli;
- ArchiCAD formatı ilə işləmək bacarığı arzuolunandır.
Tələb olunan təhsil, iş təcrübəsi:
- Təhsil: Ali (Müvafiq sahə üzrə);
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Həm Bakı şəhərində, həm də regionlarda işləməyə açıq olmalı;
- Şəxsi avtomobilinin olması tələb olunur;
- Kollektivlə işləmək bacarığı;
- Məsuliyyətli, intizamlı və operativ olmaq.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Ərazi.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Çertyojçu (Draftsman)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
V
Bugün
Промоутер
VIT.AZ • Bakı
Tam Ştat
750 ₼Müraciət et
S
Bugün
Zəif axın sistemləri üzrə təcrübəçi
SAFE HOME • Bakı
Təcrübə
700 ₼Müraciət et
S
Bugün
Zəyif axın sistemləri üzrə usta köməkçisi
SAFE HOME • Bakı
Tam Ştat
500 ₼Müraciət et
A
Dünən
Smeta mühəndisi
AZLUX MMC • Bakı
Tam Ştat
1500 ₼Müraciət et
S
Dünən
SƏTƏM mütəxəssisi
Suyum AZ • Bakı
Tam Ştat
600 ₼Müraciət et
P
Dünən
Texnik-usta
Pasha Property Management • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et