A

AZPROM MMC

Son tarix: 24 İyun 2026

Çilingər

Səhiyyə və TibbBakıTam Ştat15 May 20261

800

Vakansiya haqqında

İstehsalatda istifadə olunan mexaniki avadanlıqların, istehsal xətlərinin, əl alətlərinin və sənaye qurğularının təmirini və texniki xidmətini həyata keçirmək;

Mexaniki nasazlıqları operativ şəkildə müəyyən etmək, diaqnostika aparmaq və avadanlıqların işlək vəziyyətini bərpa etmək;

Zəruri hallarda nasaz hissələrin dəyişdirilməsini, sazlanmasını və yenilənməsini təmin etmək;

Avadanlıqların fasiləsiz və uzunömürlü işləməsi məqsədilə planlı texniki baxış və profilaktik xidmət işlərini yerinə yetirmək;

Mexaniki qurğuların və istehsalat avadanlıqlarının montajı zamanı hissələrin düzgün, təhlükəsiz və texniki tələblərə uyğun quraşdırılmasını təmin etmək;

Qəliblərin, metal hissələrin və mexaniki komponentlərin təmiri, bərpası və sazlanması işlərini icra etmək;

İstehsalatda istifadə olunan materialların, ehtiyat hissələrinin və alətlərin mövcudluğunu nəzarətdə saxlamaq;

Lazımi ehtiyat hissələri və texniki materiallarla bağlı tələbləri vaxtında rəhbərliyə təqdim etmək;

Təmir və dəyişdirmə işləri zamanı keyfiyyətli və standartlara uyğun materiallardan istifadə olunmasına nəzarət etmək;

Görülmüş təmir işləri, istifadə olunan materiallar və aşkar edilmiş nasazlıqlarla bağlı texniki məlumat və hesabat təqdim etmək;İstehsalat prosesində yaranan mexaniki problemlərin aradan qaldırılması üçün digər şöbə və əməkdaşlarla koordinasiyalı işləmək;

Müəssisədaxili texniki təhlükəsizlik, əməyin mühafizəsi və istehsalat prosedurlarına uyğun fəaliyyət göstərmək;İstehsalat prosesinin dayanıqlı və səmərəli təşkili üçün texniki təkmilləşdirmə və optimallaşdırma təklifləri vermək.

 

İş şərtləri:

İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək 

Əmək haqqı: 800-1,000 (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)

İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi

Mail: [email protected]

Əlaqə nömrəsi:  050-231-12-06 HR 

 

Oxşar vakansiyalar