P

Predsol

Son tarix: 10 İyul 2026

Çilingər

İnşaat və MemarlıqBakıTam Ştat10 İyun 2026120

805

Vakansiya haqqında

Öhdəliklər:

  • Azəriqaz İB tərəfindən verilmiş və Esiasoft MMC tərəfindən təstiqlənmiş plana uyğun siyahı əsasında qaz sayğaclarının sökülməsi və yenisi ilə əvəz olunmasını təmin etmək.
  • Qaz xəttinin, birləşdirici elementlərin və armaturaların saz vəziyyətdə olmasını yoxlamaq.
  • Sayğacların plombalanma üçün hazır vəziyyətə gətirilməsini təmin etmək.
  • Qaz təsərrüfatı üzrə təhlükəsizlik qaydalarına ciddi riayət etmək.
  • Qaz sızması, qəza və ya təhlükəli hallar aşkar edildikdə dərhal rəhbərliyə məlumat vermək və ilkin təhlükəsizlik tədbirlərini həyata keçirmək.
  • Quraşdırma və təmir işlərində istifadə olunan alət və avadanlıqların saz vəziyyətdə saxlanılmasını təmin etmək.
  • Qaz sayğaclarının düzgün işləməməsi ilə bağlı daxil olan müraciətləri araşdırmaq və texniki baxış keçirmək.
  • İş yerində əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitariya normalarına riayət etmək.
  • Verilmiş tapşırıqları müəyyən edilmiş müddətlərdə və keyfiyyət standartlarına uyğun icra etmək.
  • Müəssisənin daxili intizam qaydalarına əməl etmək.

Tələblər:

  • Orta və ya orta ixtisas təhsili;
  • Müvafiq peşə hazırlığı və ya çilingərlik üzrə sertifikatın olması üstünlükdür.
  • Çilingər və ya oxşar texniki vəzifədə minimum 1 il iş təcrübəsi;
  • İstehsalat, tikinti və ya xidmət sahəsində təcrübə arzuolunandır.
  • Əl alətləri və ölçü cihazlarından istifadə bacarığı;
  • Diqqətlilik və dəqiqlik;
  • Qaz, su və ya istilik sistemləri üzrə iş təcrübəsi;

Əlavə Məlumat:

  • Servis şirkət tərəfindən təmin olunur.
  • Əmək haqqı: 805 Azn (Gross).
  • İş saatları: həftənin 5 günü, 08:00–17:00 (əlavə iş saatları nəzərə alınır).

Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan ünvanına CV-lərini “Çilingər” başlıqı ilə göndərsin. 

Oxşar vakansiyalar