S
Superfon
Dağıtım və Pərakəndə üzrə Ticari Marketinq Meneceri
Müsahibə əsasında
Vakansiya haqqında
Namizədə dair tələblər:
- Ali təhsil (marketinq, biznes, iqtisadiyyat və ya əlaqəli sahə);
- Ticari marketinq, distribusiya kanalları və ya B2B/topdan satış üzrə ən azı 2 il müvafiq iş təcrübəsi;
- Distribusiya və topdan satış kanallarında kampaniya, həcm endirimi və müştəri təşviqi mexanikalarını hazırlamaq və tətbiq etmək bacarığı;
- İsti və sifarişli/soyuq satışın, bort satışının, satış rutlarının və pərakəndəçi münasibətlərinin iş məntiqini anlama;
- Satış həcmi, aktiv müştəri, əhatə, orta sifariş, çeşid və kampaniya nəticələri üzrə məlumatları təhlil etmək bacarığı;
- Kampaniya şərtlərinin qiymət, güzəşt, xərc və marjaya təsirini qiymətləndirə bilmək;
- Excel-də sərbəst işləmək və nəticələri aydın hesabat şəklində təqdim etmək bacarığı;
- Satış, kateqoriya, maliyyə və əməliyyat komandaları ilə koordinasiya və sahə komandaları ilə ünsiyyət bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət.
Vəzifələr:
- Dağıtım direktorluğunun isti satış, sifarişli/soyuq satış, bort və ehtiyat hissələri satışları, eləcə də topdan satış mağazaları üzrə ticari marketinq fəaliyyətlərini planlaşdırmaq;
- Kanal və müştəri seqmentinə uyğun aylıq və rüblük kampaniya planları, həcm endirimləri, məhsul təklifləri və pərakəndəçi təşviqləri hazırlamaq;
- Satış hədəfləri, bazar ehtiyacları və kanal imkanları əsasında kampaniya mexanikalarının şərtlərini və tətbiq qaydalarını satış komandası ilə razılaşdırmaq;
- Kampaniyaların sahədə və satış sistemində düzgün tətbiqini satış, kateqoriya, maliyyə və əməliyyat komandaları ilə əlaqələndirmək;
- Kanallar üzrə satış həcmi, aktiv müştəri sayı, əhatə, orta sifariş, məhsul çeşidi və kampaniya nəticələrini izləmək;
- Kampaniya nəticələrini baza dövrü və qoyulan hədəflərlə müqayisə etmək, xərc və marja təsirini təhlil edib təkmilləşdirmə təklifləri hazırlamaq;
- Satış komandası və müştərilərdən gələn rəylər əsasında kanal ehtiyaclarını və yeni kommersiya imkanlarını müəyyənləşdirib rəhbərliyə təqdim etmək.
Üstünlük veriləcək:
- İstehlak elektronikası, telekommunikasiya, məişət texnikası, FMCG və ya böyük retail şəbəkəsində iş təcrübəsi;
- Bir neçə satış kanalında kampaniya idarəçiliyi və regionlarla iş təcrübəsi;
- Power BI və ya digər hesabat alətləri ilə işləmək bacarığı;
- İngilis dili biliyi;
- Çox kanallı qiymət və kampaniya idarəçiliyi üzrə təcrübə;
- Şəxsi avtomobilin olması.
Şirkət tərəfindən:
- Peşəkar inkişaf və öyrənmə imkanı;
- Karyera yüksəlişi;
- Peşəkar və dinamik iş mühiti;
- Əmək müqaviləsi;
İş şəraiti
- İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
- İş rejimi: Tam iş günü
- Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
K
Bugün
Optika üzrə satış məsləhətçisi (OTTO)
Kontakt Home • Bakı
Tam Ştat
500 ₼Müraciət et
R
Bugün
Satış təmsilçisi
RİCHmen • Bakı
Tam Ştat
500 ₼Müraciət et
S
Bugün
Satış təmsilçisi
Sah Emlak • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
K
Bugün
Satış məsləhətçisi
Karaca • Bakı
Tam Ştat
900 ₼Müraciət et
G
Bugün
Sosial Media müştəri və video kontent mütəxəssisi
Global Olympiyad Center • Bakı
Tam Ştat
500 ₼Müraciət et
M
Bugün
B2C satış meneceri
Metronet MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et