K

Kristal

Son tarix: 10 Sentyabr 2026

Daşınmaz əmlak üzrə analitik

Marketinq və SatışBakıTam Ştat11 Avqust 2026161

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: 

  • Daşınmaz əmlak bazarının mütəmadi monitorinqinin aparılması;
  • Mənzil, kommersiya, torpaq və digər əmlak seqmentləri üzrə bazar məlumatlarının toplanması;
  • Satış və icarə qiymətlərinin araşdırılması və müqayisəli təhlili;
  • Rayon və ərazilər üzrə qiymət dinamikasının izlənilməsi;
  • Əmlakların bazar dəyərinə təsir edən əsas amillərin müəyyənləşdirilməsi;
  • Müqayisəli bazar təhlillərinin aparılması;
  • Əmlak portfelinin dəyərinin və dinamikasının təhlil edilməsi;
  • Əmlakların gəlirlilik və investisiya potensialının qiymətləndirilməsi;
  • Bazar tendensiyalarının, risklərin və potensial imkanların müəyyənləşdirilməsi;
  • Yeni daşınmaz əmlak layihələrinin və bazar iştirakçılarının araşdırılması;
  • Toplanmış məlumatların sistemləşdirilməsi və məlumat bazasının formalaşdırılması;
  • Aylıq, rüblük və illik analitik hesabatların hazırlanması;
  • Rəhbərlik üçün analitik arayışların, təqdimatların və statistik materialların hazırlanması;
  • Əmlakların alışı, satışı, icarəsi və investisiya qərarları üzrə analitik əsaslandırmaların hazırlanmasında iştirak;
  • Bazar məlumatları əsasında qiymət dəyişiklikləri üzrə proqnoz və analitik təkliflərin hazırlanması.

Tələblər:

  • İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, statistika, daşınmaz əmlak, şəhərsalma və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Sahə üzrə 5 il iş təcrübəsi;
  • Analitik düşüncə və məlumatlarla işləmək bacarığı;
  • Daşınmaz əmlak bazarına dair bilik və maraq;
  • Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
  • Statistik məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
  • Məlumatları müxtəlif mənbələrdən toplamaq, yoxlamaq və sistemləşdirmək bacarığı;
  • Analitik nəticələri aydın şəkildə təqdim etmək bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
  • İngilis və/və ya rus dili biliyi üstünlükdür.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Daşınmaz əmlak üzrə analitik” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar