İ

İnvest Home

Son tarix: 3 Avqust 2026

Daşınmaz əmlak üzrə satış məsləhətçisi

Marketinq və SatışBakıTam Ştat3 İyul 202629

800

Vakansiya haqqında

İnvest Home daşınmaz əmlak sahəsində fəaliyyət göstərən, peşəkar agent inkişafı, sistemli satış prosesi və müştəri məmnuniyyəti üzərində qurulan broker şirkətidir.

Komandamıza daşınmaz əmlak sektorunda karyera qurmaq istəyən aktiv, ünsiyyətcil və satış yönümlü namizədlər axtarırıq.

İnvest Home nə təklif edir?

• 0-10 günlük uyğunlaşma proqramı

• 90 günlük agent inkişaf proqramı

• Broker və mentor dəstəyi

• Ofis şəraiti

• CRM sistemi

• Reklam platformaları ilə iş imkanı

• Korporativ nömrə

• Karyera inkişaf yolu

• Yüksək gəlir imkanı

• Peşəkar daşınmaz əmlak brokeri kimi inkişaf etmək imkanı

Gəlir modeli

Gəlir komissiya əsaslıdır. Başlanğıc mərhələdə komissiya bölgüsü 50/50 modelidir. Agentin inkişaf mərhələsinə və performansına uyğun olaraq əlavə imkanlar və təkmilləşdirilmiş komissiya modeli tətbiq oluna bilər.

Kimlər üçün uyğundur?

Bu vakansiya:

• satış sahəsində böyümək istəyən,

• aktiv işləməyə hazır olan,

• daşınmaz əmlak sektorunda uzunmüddətli karyera qurmaq istəyən,

• yüksək gəlir üçün nəticəyə fokuslanan şəxslər üçün uyğundur.

Bu vakansiya yalnız tez qazanc axtaran, gündəlik aktiv satış fəaliyyəti aparmaq istəməyən və müştəri/sahib əlaqələri qurmağa hazır olmayan şəxslər üçün uyğun deyil.

İş qrafiki

• 6 günlük iş rejimi

• İş saatı: 10:00 dan–19:00 dək

• Bazar günü istirahət

İş yeri

Bakı şəhəri, Xətai rayonu, Rusel Plaza

Müraciət

CV göndərin və ya WhatsApp vasitəsilə əlaqə saxlayın.

Tələblər:

• Aktiv və ünsiyyətcil olmaq

• Satış sahəsinə maraq

• Telefonla danışmaqdan çəkinməmək

• Öyrənməyə açıq olmaq

• Məsuliyyətli və intizamlı olmaq

• Komanda ilə işləmə bacarığı

• Azərbaycan dili səlis

• Rus dili və satış təcrübəsi üstünlükdür

• Daşınmaz əmlak təcrübəsi üstünlükdür, lakin məcburi deyil

Vəzifə öhdəlikləri:

• Əmlak sahibləri ilə əlaqə saxlamaq

• Satış və kirayə üçün portfellər toplamaq

• Müştəri ehtiyaclarını müəyyən etmək

• Əmlakların təqdimatını və baxışlarını təşkil etmək

• Satış və kirayə proseslərində iştirak etmək

• CRM sistemində məlumatları qeyd etmək

• Müştərilərlə follow-up aparmaq

• Şirkət daxili təlim və iclaslarda iştirak etmək

Oxşar vakansiyalar