R

Respect Solutions

Son tarix: 9 Avqust 2026

Data Analitik

İnformasiya TexnologiyalarıBakıTam Ştat9 İyul 2026133

Müsahibə əsasında

Vakansiya haqqında

Respect Solutions komandasına Data Analitik axtarırıq.

İş şəraiti:

  • Əməkhaqqı: Namizədin təcrübə və biliklərinə görə müəyyən olunacaq
  • İş qrafiki: həftədə 5 tam iş günü, şənbə günü saat 13:00-dək.
  • İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

  • ERP və digər biznes sistemlərindən satış, satınalma, istehsalat, maliyyə və digər məlumatların toplanması və təhlili;
  • Excel, SQL və Power BI vasitəsilə hesabat və dashboard-ların hazırlanması;
  • Microsoft Fabric və data alətləri ilə bağlı tapşırıqlarda iştirak;
  • ETL prosesləri və SSIS üzrə tapşırıqların icrasında iştirak;
  • Biznes göstəricilərinin analiz edilməsi və nəticələrin aydın formada təqdim olunması;
  • Məlumatlarda uyğunsuzluqların araşdırılması və aidiyyəti komandalarla koordinasiya;
  • Layihə və funksional konsultant komandalarından gələn analitik tələblərin icrası;
  • Lazım olduqda Microsoft Dynamics 365 ERP və Business Applications layihələrinə dəstək.

Namizədə tələblər:

  • Data Analitik sahəsində minimum 1 il iş təcrübəsi;
  • Excel, SQL və Power BI üzrə praktiki bilik;
  • Microsoft Fabric üzrə bilik və ya öyrənməyə maraq;
  • ETL / SSIS üzrə bilik və ya təcrübə üstünlükdür;
  • Güclü analitik, məntiqi və riyazi düşüncə;
  • Biznes proseslərini anlamaq bacarığı;
  • Məlumatlarla işləməyi sevmək, diqqətli və məsuliyyətli olmaq;
  • ERP / CRM layihələrində iştirak etməyə açıq olmaq;
  • Rus və ya ingilis dillərindən ən azı birini mükəmməl səviyyədə bilmək mütləqdir.

Şirkət təklif edir:

  • Rəsmi əmək müqaviləsi;
  • Uzunmüddətli əməkdaşlıq imkanı;
  • Dinamik və peşəkar komandada çalışma imkanı;
  • Real data, ERP və biznes prosesləri üzrə layihələrdə iştirak;
  • Microsoft Power BI, Microsoft Fabric, Dynamics 365 və Business Applications istiqamətində inkişaf imkanı.

CV-lərinizi mövzu hissəsində “Data Analitik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiyalar