BERC Group
Data Analitika təlimçisi
Müsahibə əsasında
Vakansiya haqqında
BERC Group MMC “Data Analitika təlimçisi” vakansiyası üzrə işə qəbul elan edir.
İş barədə məlumat:
- Data analitikası üzrə təlim proqramlarının hazırlanması və tədris edilməsi;
- Təlim iştirakçılarına nəzəri və praktiki biliklərin aşılanması;
- Real biznes nümunələri və praktiki tapşırıqlar əsasında dərslərin keçirilməsi;
- Məlumatların toplanması, təmizlənməsi, təhlili və vizuallaşdırılması üzrə təlimlərin təşkili;
- Dashboard və hesabatların hazırlanmasının izah edilməsi;
- Təlim iştirakçılarının praktiki tapşırıqlarının yoxlanılması və geribildirimlərin verilməsi;
- Tədris materiallarının, təqdimatların və praktiki çalışmaların hazırlanması;
- Təlim proqramının səviyyəsinə uyğun olaraq iştirakçıların inkişafının izlənilməsi.
Vəzifəyə dair bilik,bacarıqlar və tələblər:
- Data analitikası sahəsində praktiki 3 il iş təcrübəsi;
- Microsoft Excel üzrə yaxşı səviyyədə bilik;
- Power BI, Tableau və ya digər data vizuallaşdırma alətləri üzrə praktiki təcrübə;
- SQL üzrə biliklər;
- Python və ya R üzrə biliklər;
- Analitik düşünmə və məlumatlarla işləmə bacarığı;
- Təlim və təqdimat keçmək bacarığı;
- Auditoriya ilə effektiv kommunikasiya qurmaq bacarığı;
- Praktiki nümunələr üzərindən izah etmə qabiliyyəti;
- Azərbaycan dilində səlis danışıq və təqdimat bacarığı.
Əlavə üstünlüklər:
- Data Analitika, BI, Tableau və ya əlaqəli sahədə beynəlxalq sertifikatların olması;
- Təlimçi kimi əvvəlki təcrübə;
- Korporativ və ya peşə təlimlərinin keçirilməsi təcrübəsi;
- Real layihələr üzrə hazırlanmış dashboard və analitik hesabatların mövcudluğu.
İş qrafiki və əməkdaşlıq formatı:
- Təlimçi təlim proqramlarının keçirilmə saatlarına uyğun olaraq cəlb edilir;
- Vakansiya əlavə iş yeri kimi də uyğundur;
- Təlim saatları əvvəlcədən razılaşdırılır və təlimçinin mövcud iş qrafiki nəzərə alınır.
BERC şirkətlər qrupu sizə nə vəd edir?
- Geniş imkanlar təqdim edən texnoloji mühit
- Naharla təminat və idman zalından (daxildə) istifadə
Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər, namizədlər əmin olsun ki, LinkedIn profili (opsional), Portfolio, GitHub və ya uyğun layihə nümunələri (mövcuddursa) CV-lərdə var və əlçatandır.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Oxşar vakansiyalar
Backend Developer
PASHA Insurance • Bakı
İT mütəxəssis – Logo proqramı üzrə
Kristal • Bakı
Rəqəmsallaşdırma və Transformasiya üzrə Kiçik Mütəxəssis
Veysəloğlu MMC • Bakı
Middle Data Scientist
Golden Pay • Bakı
IT Onsite Specialist
SLB • Bakı
DevOps mütəxəssis (middle)
YIĞIM Payment Services • Bakı