S

Sirab Satış və Dağıtım MMC

Son tarix: 9 Noyabr 2026

Data Analitika və AI üzrə mütəxəssis

İnformasiya TexnologiyalarıBakıTam Ştat9 Oktyabr 202627

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: 

  • Biznes tapşırıqlara uyğun datanın analiz olunması;
  • Şirkətin fəaliyyət nəticələri üzrə gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabatların hazırlanması
  • SQL verilənlər bazasından və digər korporativ informasiya sistemlərindən məlumatların əldə edilməsi və ilkin emalını həyata keçirilməsi
  • Microsoft Excel vasitəsilə məlumatların işlənməsi, zəruri hesablamaların aparılması və hesabatların hazırlanması
  • Satış, maliyyə və digər struktur bölmələr üzrə məlumatların toplanması və ilkin təhlilini həyata keçirməsi
  • Hazırlanmış hesabatların düzgünlüyünü və məlumatların tamlığını yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar barədə birbaşa rəhbərə məlumatın verilməsi
  • Şirkətdaxili hesabatlılıq proseslərinin avtomatlaşdırılması istiqamətində görülən işlərə dəstək göstərilməsi
  • Hazırlanmış hesabatların müəyyən edilmiş müddətlərdə aidiyyəti şəxslərə təqdim edilməsi

Əsas tələblər:

  • Təhsil: Bakalavr ;
  • Dil bilikləri: Azərbaycan dili- əla, Rus dili; İngilis dili- yaxşı
  • SQL Serverdə işləmə bacarığı; 
  • Python üzrə biliklər və iş təcrübəsi; 
  • Aİ alətlərindən istifadə bacarığı və LLM modellərlə iş təcrübəsi
  • RAG, embeddings və vector database texnologiyaları ilə işləmək
  • Microsoft Excel üzrə biliklər
  • Power BI vasitəsilə müxtəlif analitik hesabatlar hazırlanmaq bacarığı

 Fərdi keyfiyyət göstəriciləri:

  • İşdə dəqiqlik və detallara diqqətlilik;
  • Analitik və strateji düşünmə qabiliyyəti;
  • Məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı.

Digər tələb və üstünlük göstəriciləri:

  • Data analitika üzrə sertifikatı olanlara üstünlük verilir.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Razılaşma əsasında;
  • Yemək şirkət tərəfindən;
  • Şirkət nömrəsi və danışıq paketi.

İş yeri:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Data Analitika və AI üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və [email protected] ünvanlarına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar