P

PASHA Insurance

Son tarix: 25 İyun 2026

Data Platforması üzrə Mühəndis

MühəndislikBakıTam Ştat25 May 202669

Müsahibə əsasında

Vakansiya haqqında

PAŞA Sığorta ASC namizədləri Data Platforması üzrə Mühəndis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Data Platform Engineer təşkilatın məlumat platformasının sabitliyini və təhlükəsizliyini təmin etmək, performansını optimallaşdırmaq, eləcə də məlumat komandalarına texniki dəstək göstərmək üçün kritik rol oynayır. Bu vəzifə, platformanın idarə olunması, resursların səmərəli bölüşdürülməsi, avtomatlaşdırılmış proseslərin qurulması və məlumat axınlarının effektiv şəkildə idarə olunması ilə biznesin davamlı inkişafına və rəqəmsal transformasiyasına töhfə verir.

Öhdəliklər

  • Məlumat platformasının (Trino, Spark, S3, Apache Iceberg) sabitliyini və təhlükəsizliyini təmin etmək.
  • Platformanın performansını optimallaşdırmaq, resurs qruplarını konfiqurasiya etmək və SQL sorğularını təhlil edib tənzimləmək.
  • ELT boru xətlərinin və Airflow DAG-larının yerləşdirilməsi üçün CI/CD proseslərini qurmaq və məlumat komandalarına problemlərin həllində dəstək olmaq.
  • Platformada rol əsaslı girişə nəzarət (RBAC) və məlumatlara çıxış siyasətlərini idarə etmək.
  • Mövcud problemləri qiymətləndirmək və həll yolları tapmaq.
  • Proqram təminatlarının yerləşdirilməsində yaranan çətinlikləri müəyyənləşdirmək və həll etmək.
  • Kodun (script) hazırlanmasına və keyfiyyətinə nəzarət etmək, proseslərin səmərəliliyinin artırılması layihələrində iştirak etmək.
  • Kodlaşdırmanın standartlaşdırma və avtomatlaşdırma prosesləri üzrə planların hazırlanmasında iştirak etmək.
  • Sistemlərin vəziyyətini yoxlamaq, nəzarət etmək və müvafiq hesabatların hazırlanması kimi gündəlik tapşırıqları yerinə yetirmək.
  • Konfiqurasiyanın idarə edilməsi və problemlərin aradan qaldırılması biliklərini formalaşdırmaq.

Bilik və Bacarıqlar

  • Spark, Airflow və Kafka ilə praktik biliklər.
  • Apache Iceberg və S3 ilə Spark inteqrasiyasını başa düşmək.
  • SQL üzrə güclü biliklər və sorğu optimallaşdırma təcrübəsi.
  • Relational verilənlər bazaları (PostgreSQL) ilə işləmə bacarığı.
  • Apache Iceberg-də cədvəllərin idarə olunması və Hive Metastore və ya Nessie ilə işləmə təcrübəsi.
  • Python proqramlaşdırma bacarıqları, xüsusilə ELT boru xətləri və Airflow DAG-ları üçün.
  • CI/CD (GitLab) prosesləri ilə işləmə bacarığı.
  • Kubernetes, Terraform və ya Ansible ilə işləmə bacarığı üstünlükdür.
  • dbt və Debezium ilə təcrübə üstünlükdür.
  • Greenplum idarəetməsi üzrə biliklər üstünlükdür.
  • Provisioning, container və orchestration texnologiyaları (Kubernetes, Helm Chart, helm operatorlar) ilə tanışlıq.
  • Non-relational bazalar (Redis, Mongo) üzrə biliklər və təcrübə.
  • Monitorinq və logging texnologiyaları (Nagios, ELK, GrayLog, Prometheus, Alert manager) ilə biliklər.
  • Mikroxidmətlər üzrə anlayış və təcrübə.
  • Versiya kontrol sistemləri ilə işləmə bacarığı.
  • Ünsiyyət, dəqiqlik, fikirləri aydın ifadə etmək, tez reaksiya vermək və komanda ilə işləmək bacarıqları.
  • Dil bilikləri: Azərbaycan, İngilis

Təhsil və Təcrübə

  • Müvafiq texniki sahə üzrə ali təhsil.
  • Məlumat platformaları və ya İT infrastrukturu üzrə minimum 1 il iş təcrübəsi.

Bizim Təklifimiz

  • Peşəkar və dinamik komandada inkişaf və öyrənmə imkanı.
  • Rəqəmsal transformasiya və innovativ layihələrdə iştirak şansı.
  • Açıq və şəffaf korporativ mühit.
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar