M
METAK
Daxili audit üzrə mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
İşin təsviri
- Daxili audit planına uyğun audit yoxlamalarını həyata keçirmək;
- İstehsalat, anbar, satınalma, maliyyə və digər biznes proseslərinin daxili prosedur və nəzarət qaydalarına uyğunluğunu qiymətləndirmək;
- Riskləri müəyyən etmək, mövcud nəzarət mexanizmlərinin effektivliyini təhlil etmək və təkliflər vermək;
- Audit zamanı məlumatların toplanması, təhlili və sənədləşdirilməsini həyata keçirmək;
- Aşkarlanmış uyğunsuzluqlar və risklər üzrə audit hesabatlarını hazırlamaq;
- Düzəldici tədbirlərin icrasını izləmək və monitorinq etmək;
- ERP sistemləri və digər daxili proqramlar üzərindən əməliyyatların düzgünlüyünü yoxlamaq;
- Daxili prosedur və siyasətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Audit nəticələrini rəhbərliyə təqdim etmək və izah etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibatlıq, Audit, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- Daxili audit, maliyyə nəzarəti və ya mühasibatlıq sahəsində minimum 2–3 il iş təcrübəsi;
- İstehsalat müəssisəsində iş təcrübəsinə üstünlük verilir;
- MS Office proqramlarında, xüsusilə MS Excel-də yüksək səviyyədə işləmə bacarığı;
- ERP sistemləri ilə işləmə təcrübəsi;
- Audit və daxili nəzarət prinsipləri üzrə biliklər;
- Risklərin qiymətləndirilməsi və analiz bacarığı;
- Hesabat hazırlama və təqdimetmə bacarığı;
- Analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı;
- Məxfi məlumatlarla peşəkar işləmə bacarığı;
- Komanda ilə işləmək və şöbələrarası kommunikasiya bacarığı;
- Daxili audit və ya maliyyə sahəsi üzrə sertifikatların (CIA, ACCA və s.) olması üstünlükdür.
İş şərtləri
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
P
Bugün
Mühasib köməkçisi
Premium Park Otel • Bakı
Tam Ştat
700 ₼Müraciət et
P
Bugün
Təşkilati və model risklərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi
PASHA Life • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Daxili audit üzrə kiçik mütəxəssis/mütəxəssis
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Təşkilatı və model risklərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi (Validasiya / Model risklərinin idarə edilməsi üzrə)
PASHA Life • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Maliyyə və sığorta risklərinin idarəolunması üzrə təcrübəçi - Data Analitik
PASHA Insurance • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Əməliyyatçı mühasib
Caspian Cable Systems • Bakı
Tam Ştat
650 ₼Müraciət et