X

Xalq Həyat Sığorta

Son tarix: 20 İyun 2026

Daxili Auditor

Maliyyə və MühasibatlıqBakıTam Ştat21 May 2026288

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali iqtisadi təhsil və müvafiq ixtisas üzrə  iş stajına malik olmaq (Sığorta sahəsi üzrə arzuolunandır );
  • Daxili Auditorlar İnstitutunun standartları (IIA), Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar, (üstünlükdür)
  • Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə  sertifikatlarının olması üstünlükdür.
  • Maliyyə menecmenti, maliyyə və  mühasibatlıq sahələrində peşə vərdişlərinə malik olmaq;
  • Riskləri qiymətləndirmək bacarığı və analitik qabiliyyəti;
  • Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Daxili Nəzarət,  risklərin idarə edilməsi və ya digər əlaqəli istiqamət üzrə təcrübə (arzuolunandır)
  • Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq.;
  • Kompyuter bilikləri: Microsoft Word, Microsoft Excel; 1C proqramı ilə işləmək bacarığı;
  • Dil bilikləri- azərbaycan dili; rus dili- arzuolunan ; ingilis dili-arzuolunan.
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • İllik Daxili Audit iş planına uyğun olaraq audit yoxlamalarının məsləhət layihələri və tədbirlər planının icra statusunun monitorinqinin aparılması;
  • Daxili audit strategiyası, audit metodologiyası və digər normativ sənədlərin, risk əsaslı audit proqramının hazırlanmasında iştirak etmək;
  • Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarını həyata keçirmək;
  • Təsdiq olunmuş plana əsasən monitorinqlərin və yoxlamaların aparılması;  
  • İdaəetmə, daxili nəzarət və risklərin idarə olunması sistemlərinin təkminləşdirilməsi, bu sistemlərin adekvatlığının və effektivliyinin qiymətləndirilməsi;
  • Biznes proseslər haqqında məlumatları təhlil etmək auditini aparmaq ;
  • Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq;
  • Şirkətin daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək;
  • Risklərin idarə olunması sisteminin effektivliyinin qiymətləndirilməsi;

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri 
  • Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq razılaşma yolu ilə
  • Tibbi sığorta təminatı

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Daxili Auditor) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur. 

Oxşar vakansiyalar