Vakansiya haqqında
FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə Daxili nəzarət üzrə İşçi/Kiçik İşçi vəzifəsini elan edir.
Əsas vəzifə öhdəlikləri hansılardır?
- Baş Ofisdə baş verən kreditvermə və ödənişlərin yığımı proseslərini müşahidə etmək və uyğunluq səviyyəsini müəyyən etmək üçün kreditvermə və ödənişlərin yığımı prosesini yoxlamaq:
- Müştərilərin kredit prosesini və kredit şərtlərini düzgün başa düşüb-düşməməsini müəyyən etmək üçün müştəri ilə əlaqə saxlamaq,həmçinin şikayətlərlə və müştəri müraciətləri ilə bağlı sorğuların aparılması.
- Kreditvermə və yığım prosesində aidiyyəti işçilər tərəfindən aparılan danışıqları dinləmək və kreditvermə təlimatlarına, prosedurlarına əsasən uyğunsuzluğu müəyyən etmək.
- Hesabatların vaxtlı-vaxtında hazırlanması və Daxili Nəzarət Rəhbərinə təqdim edilməsi.
- Təlimat və prosedurların icrası zamanı təkmilləşdirmə üzrə tövsiyələr vermək.
- Kreditvermə və ödənişlərinin yığılması prosesinin RCSA Qiymətləndirmədə qeyd olunmuş kontrol mexanizmlərini yoxlamaq:
- Kreditvermə təlimatında nəzərdə tutulmuş kredit sənədlərinin müştəri üzrə olub-olmamasını, səhv və ya düzgün şəkildə doldurulumasını yoxlamaq.
- Satış, Yığım Supervayzerlərinin öz öhdəliklərini adekvat qaydada icra etdiklərini təsdiqləmək
- Kredit Təsdiq prosessində müştərilərə verilən kreditlərin müvafiq sənədlər və biznes analiz əsasında verilməsini təstiqləmək.
- Daxili Nəzarət İşçilərinə (aparıcı, baş daxili nəzarət işçisi) dəstək.
Tələblər
Təhsil və təcrübə:
- Bakalavr Dərəcəsi - Biznesin İdarə Edilməsi, Maliyyə, İqtisadiyyat və ya ekvilalent ixtisas.
- Daxili nəzarət, risklərin idarə edilməsi, audit (daxili/kənar) sahələrində ən azı 6 ay iş təcrübəsi (Maliyyə sektorunda təcrübə üstünlükdür);
Kompüter Bilikləri:
- MS Office (Word, Excel, Outlook, Powerpoint)
Dil Bilikləri:
- Azərbaycan dilini səlis bilmək tələb olunur.
- Rus və İngilis dilini səlis bilmək üstünlükdür.
Bacarıqlar:
- Mühakimə və qərar qəbuletmə
- İşçilərə dəstək göstərmək bacarığı
- Şifahi və yazılı ünsiyyət
- Güclü dinləmə qabiliyyəti
- Komanda işi
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi Sığorta (işçini əhatə edən)
- Həyat Yığım sığortasından istifadə etmək imkanı
- Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü
- Təlimlərdə iştirak
- Beynəlxalq iş mühiti
Qeyd: İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
F
Dünən
Hüquqşünas
Falcon Finance • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Dünən
Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssisi
Bank Respublika ASC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
7 İyul 2026
Sertifikatlaşdırma üzrə aparıcı mütəxəssis
Avrora • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
7 İyul 2026
İcra İşləri üzrə Hüquqşünas
Finca Azerbaijan • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
6 İyul 2026
Sayım araşdırma mütəxəssisi
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
4 İyul 2026
Ruhsatlandırma və Patentləşdirmə üzrə Mütəxəssis
Orzax • Bakı
Tam Ştat
800 ₼Müraciət et