
North West
Daxili təmir-tamamlama işləri üzrə menecer (Ağdərə)
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Layihə çərçivəsində daxili təmir-tamamlama işlərinin ümumi idarə edilməsini və icrasına nəzarəti həyata keçirmək;
- Təsdiq edilmiş layihə sənədlərinə, iş qrafikinə və texniki tələblərə uyğun olaraq işlərin planlaşdırılmasını və təşkilini təmin etmək;
- Təmir-tamamlama işləri üzrə iş planlarının, icra qrafiklərinin və prioritetlərin müəyyən edilməsini təşkil etmək;
- Tabeliyində olan əməkdaşların, sahə mühəndislərinin, briqadaların və podratçı təşkilatların fəaliyyətini idarə etmək və koordinasiya etmək;
- Layihə üzrə müəyyən edilmiş müddət, büdcə və keyfiyyət göstəricilərinin təmin olunmasına nəzarət etmək;
- Görülən işlərin layihə sənədlərinə, texniki spesifikasiyalara və müvafiq tikinti standartlarına uyğunluğunu təmin etmək;
- İşlərin icrası zamanı yaranan texniki və təşkilati problemləri qiymətləndirmək, operativ qərarlar qəbul etmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Material, texnika, əmək resursları və digər zəruri resursların səmərəli planlaşdırılmasını və istifadəsini təşkil etmək;
- Material sifarişlərinin, sərfiyyatın və görülən iş həcmlərinin nəzarətdə saxlanılmasını təmin etmək;
- Podratçıların iş həcmlərini, icra müddətlərini və müqavilə öhdəliklərinin yerinə yetirilməsini izləmək;
- Layihə üzrə texniki sənədlərin, görülmüş işlərin aktlarının, hesabatların və digər icra sənədlərinin hazırlanmasını və yoxlanılmasını təşkil etmək;
- Layihə dəyişikliklərinin qiymətləndirilməsində, razılaşdırılmasında və icrasının təşkilində iştirak etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək;
- Layihənin icra vəziyyəti, qarşıya çıxan risklər, görülmüş işlər və növbəti mərhələlər barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
- İş proseslərinin optimallaşdırılması və layihənin səmərəli icrası istiqamətində təkliflər vermək.
Namizədə dair tələblər:
- İnşaat mühəndisliyi, mülki tikinti və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Tikinti və təmir-tamamlama sahəsində minimum 5-7 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə ən azı 2-3 il idarəetmə və ya rəhbər vəzifədə iş təcrübəsi;
- Daxili təmir-tamamlama işlərinin texnologiyaları, mərhələləri və icra ardıcıllığı üzrə mükəmməl bilik;
- Tikinti layihələrinin idarə edilməsi, planlaşdırılması və icrasına nəzarət sahəsində praktiki təcrübə;
- Layihə sənədlərini, işçi çertyojları, texniki spesifikasiyaları və smeta sənədlərini oxuma və təhlil etmə bacarığı;
- İş qrafiklərinin hazırlanması, resursların planlaşdırılması və iş həcmlərinin idarə edilməsi bacarığı;
- Podratçıların, texniki heyətin və işçi qruplarının idarə edilməsi və koordinasiyası təcrübəsi;
- Tikinti norma və qaydaları, keyfiyyətə nəzarət və əməyin mühafizəsi üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı, AutoCAD və MS Project bilikləri üstünlükdür;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, ingilis dili biliyi üstünlükdür;
- Liderlik, təşkilatçılıq, analitik düşünmə və effektiv kommunikasiya bacarıqları;
- Operativ qərarvermə, problem həll etmə və komandanı idarəetmə bacarığı;
- Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Fit-out işləri üzrə menecer (Ağdərə r.)” başlığı ilə göndərməklə edə bilərsiniz.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar

Santexnik
TAİS İKF
BakıTam Ştat
Müsahibə əsasındaDünən
Insulator
IRES
BakıTam Ştat
Müsahibə əsasındaDünən
SƏTƏM üzrə mütəxəssis
Azerbaijan Poultry Company
BakıTam Ştat
988 ₼Dünən
Baş energetik
STP Global Cable
SumqayıtTam Ştat
Müsahibə əsasındaDünən

PUA operatoru
AT - Geotech MMC
BakıTam Ştat
900 ₼Dünən

16 tonluq mobil kran operatoru (XCMG 16)
Core Construction
BakıTam Ştat
Müsahibə əsasındaDünən
