Y

YIĞIM Payment Services

Son tarix: 17 İyul 2026

DevOps mütəxəssis (middle)

İnformasiya TexnologiyalarıBakıTam Ştat17 İyun 202635

Müsahibə əsasında

Vakansiya haqqında

Namizəd mövcud və yeni layihələrin deployment, server, CI/CD, monitoring, logging və Kubernetes/Docker infrastrukturunun idarə olunmasında iştirak edəcək.

Əsas vəzifələr:

  • Server və tətbiq mühitlərinin idarə olunması;
  • Docker və Kubernetes əsaslı servis deployment-lərinin hazırlanması;
  • GitLab CI/CD pipeline-ların qurulması və dəstəklənməsi;
  • Nginx, SSL və domain yönləndirmələrinin konfiqurasiyası;
  • Production və test mühitlərində yaranan problemlərin araşdırılması;
  • Monitoring və logging sistemlərinin qurulması və izlənməsi;
  • Graylog, Filebeat, Prometheus, Grafana kimi alətlərlə işləmək;
  • Backup, log retention və təhlükəsizlik proseslərində iştirak;
  • Development komandası ilə birlikdə deploy proseslərinin optimallaşdırılması;
  • Texniki sənədləşmənin hazırlanması.

Tələblər:

  • Linux server administrasiyası üzrə bilik;
  • Docker və Docker Compose ilə iş təcrübəsi;
  • Kubernetes üzrə əsas və orta səviyyədə bilik;
  • Nginx və reverse proxy konfiqurasiyası təcrübəsi;
  • Git və GitLab CI/CD ilə işləmə bacarığı;
  • Bash script yazmaq bacarığı;
  • SSL, DNS, firewall və network anlayışları üzrə bilik;
  • Loglama və monitorinq sistemləri ilə iş təcrübəsi;
  • Production problemlərini analiz etmək və həll etmək bacarığı;
  • Komanda ilə işləmə və məsuliyyətli yanaşma.

Üstünlükdür:

  • HashiCorp Vault ilə iş təcrübəsi;
  • Graylog və Filebeat bilikləri;
  • Prometheus və Grafana ilə monitoring təcrübəsi;
  • Helm chart-lar ilə iş təcrübəsi;
  • Java/Spring Boot və Next.js tətbiqlərinin deploy təcrübəsi;
  • Oracle DB və ya digər DB sistemləri üzrə basic bilik.

Təcrübə:

  • DevOps, System Administrator və ya Infrastructure Engineer kimi minimum 2 il iş təcrübəsi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar