A

Artmood Agency MMC

Son tarix: 23 Oktyabr 2026

Direktor assistenti

İnzibati İşlərBakıTam Ştat23 Sentyabr 2026104

Müsahibə əsasında

Vakansiya haqqında

“Artmood Agency” MMC direktorun (direktor xanımdır) gündəlik işlərinin təşkilində dəstək olacaq məsuliyyətli və diqqətli Direktor assistenti axtarır.

İş şəraiti:
İşə başlama: 09:30 / İşdən çıxış: rəhbərliyin iş qrafikinə uyğun olaraq
İş qrafiki: həftə içi 5 gün
İstirahət günləri: şənbə və bazar 
Əməkhaqqı: Razılaşma yolu ilə 
Ünvan: Bakı şəhəri, C.Cabbarlı 60 (Caspian Plazanın yaxınlığı)

Uyğun namizədlər CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Tələblər:

Ali təhsil arzuolunandır;
Direktor assistenti və ya oxşar vəzifədə iş təcrübəsi üstünlükdür;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
Rus və ingilis dili biliyi üstünlükdür;
MS Office proqramlarında sərbəst işləmə bacarığı;
Yüksək ünsiyyət qabiliyyəti və məsuliyyətlilik;
Səliqəli görünüş, operativlik və təşkilatçılıq, kollektivdə işləmək bacarığı;
Yaş 20-27

Vəzifə öhdəlikləri:

Direktorun iş qrafikinin təşkili və görüşlərin planlaşdırılması;
Telefon zənglərinin və elektron yazışmaların idarə olunması;
Sənədlərin hazırlanması, yoxlanılması və arxivləşdirilməsi;
Rəhbərin tapşırıqlarının vaxtında və düzgün icrasına nəzarət;
Görüşlərin, iclasların və digər təşkilati məsələlərin koordinasiyası;
Zəruri hallarda direktorun şəxsi və işgüzar tapşırıqlarının icrasında dəstək göstərmək;
Məlumatların məxfiliyinin qorunması.

Oxşar vakansiyalar