C

Company

Son tarix: 14 Avqust 2026

Direktor assistenti

İnzibati İşlərBakıTam Ştat14 İyul 202650

700

Vakansiya haqqında

NƏSİRƏDDİN TUSİ ELM AKADEMİYASI olaraq uşaqlar üçün yay düşərgələri təşkil edirik

Tam iş qrafiki; 09:00-18:00

Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə

Əmək haqqı : 700 manat

Müasir ofis şəraiti

Korporativ təlim və peşəkar inkişaf imkanları

Zərurət yarandıqda ezamiyyətlərdə iştirak və düşərgədə qalmaq.

CV-zi [email protected] ünvanına göndərə bilərsiniz

 

 

Tələblər:

Ali təhsil

Assistent, inzibati işlər, ofis menecmenti və ya oxşar sahədə iş təcrübəsi üstünlükdür

Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dili biliyi üstünlük hesab olunur)

Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) yüksək səviyyədə işləmək bacarığı

Güclü planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı

Analitik düşünmə, operativ qərarvermə və problemlərin həlli bacarığı

Rəsmi yazışma qaydalarını bilmək.

Şəxsi keyfiyyətlər

Məsuliyyətli və intizamlı

Yüksək təşkilatçılıq qabiliyyəti

Güclü ünsiyyət və təqdimat bacarığı

Dəqiqlik və diqqətlilik

Məxfi məlumatlarla işləmək bacarığı

Stressə davamlı və operativ

Etik davranış və peşəkar münasibət.

 

 

Vəzifə öhdəlikləri:

Vəzifənin məqsədi

Direktorun gündəlik fəaliyyətinin səmərəli təşkilinə dəstək vermək, inzibati və təşkilati işləri koordinasiya etmək, görüşlərin, sənəd dövriyyəsinin və daxili kommunikasiyanın effektiv idarə olunmasını təmin etmək.

Direktorun gündəlik iş qrafikini planlaşdırmaq və koordinasiya etmək

Görüşlərin, iclasların və ezamiyyətlərin təşkilini həyata keçirmək

Direktorun qəbuluna gələn şəxslərin qəbulunu təşkil etmək və görüş cədvəlini idarə etmək

Daxil olan məktubların, elektron yazışmaların və digər sənədlərin qəbulunu, qeydiyyatını və aidiyyəti üzrə yönləndirilməsini təmin etmək

Direktorun imzasına təqdim ediləcək sənədləri hazırlamaq və onların icrasına nəzarət etmək

Tapşırıqların aidiyyəti struktur bölmələrə çatdırılmasını və icra vəziyyətinin izlənilməsini təmin etmək

İclasların gündəliyini hazırlamaq, protokollaşdırmaq və qəbul edilmiş qərarların icrasını izləmək

Daxili və xarici tərəfdaşlarla işgüzar əlaqələri koordinasiya etmək

Telefon zənglərini və elektron poçt yazışmalarını idarə etmək

Məlumatların və sənədlərin məxfiliyini təmin etmək

Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Məsuliyyəti

Direktorun tapşırıqlarının vaxtında və düzgün icrasına dəstək göstərilməsinə görə

Sənəd dövriyyəsinin düzgün aparılmasına görə

Məlumatların məxfiliyinin qorunmasına görə

İşgüzar etika və daxili intizam qaydalarına riayət olunmasına görə

Hazırlanan sənədlərin düzgünlüyünə və vaxtında təqdim edilməsinə görə.

 

 

Oxşar vakansiyalar