S
Supertoys
E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis
1000 ₼
Vakansiya haqqında
Supertoys komandamıza e-ticarət və marketplace kanallarının inkişafına cavabdeh olacaq, analitik düşüncəyə və satış yönümlü yanaşmaya sahib E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri
- Supertoys-un e-ticarət platforması və marketplace kanallarında (Wolt, Bolt, Birmarket, Tap.az) məhsulların yerləşdirilməsi və aktuallığının qorunması;
- Yeni məhsulların platformalara vaxtında əlavə edilməsi;
- Məhsul adları, təsvirləri, xüsusiyyətləri, qiymətləri, şəkilləri və digər məlumatların düzgün daxil edilməsi;
- SEO tələblərinə uyğun olaraq məhsul adları, təsvirləri və açar sözlərin optimallaşdırılması
- Qiymət, stok və məhsul mövcudluğu məlumatlarını mütəmadi yeniləmək;
- Marketplace-lərdə məhsulların görünürlüğünü və satış performansını artırmaq üçün təkliflər hazırlamaq;
- Kampaniya, endirim və xüsusi təkliflərin marketplace platformalarında vaxtında tətbiq edilməsini təmin etmək;
- Marketplace-lərin kampaniya imkanlarını araşdırmaq və satışın artırılması üçün yeni mexanikalar təklif etmək;
- Məhsul satışları, sifariş sayı, dövriyyə, orta çek, conversion və digər əsas KPI-ları izləmək;
- Marketplace-lər üzrə satış nəticələrini analiz etmək və aylıq/həftəlik hesabatlar hazırlamaq;
- Satışı yüksək və aşağı olan məhsulları müəyyən etmək və müvafiq aksiyalar təklif etmək;
- Marketinq, satınalma, satış, anbar və IT komandaları ilə koordinasiyalı işləmək;
- Marketplace tərəfdaşları ilə operativ kommunikasiya aparmaq;
- Müştəri təcrübəsinin və onlayn alış prosesinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Rəqiblərin marketplace-lərdə qiymət, çeşid, kampaniya və təqdimatlarını monitorinq etmək;
Namizədə tələblər
- E-ticarət və ya marketplace sahəsində iş təcrübəsi;
- Marketplace platformalarının iş prinsiplərini bilməsi;
- Məhsul kontentinin idarə olunması üzrə praktiki təcrübə;
- Satış göstəricilərinin və hesabatların analiz edilməsi bacarığı;
- Analitik düşüncə və rəqəmlərlə işləmə qabiliyyəti;
- Komanda ilə işləmək və müxtəlif şöbələrlə effektiv koordinasiya qurmaq bacarığı;
- Rus və ya ingilis dilini bilmək üstünlükdür.
- Uşaq məhsulları və retail sahəsində təcrübə üstünlükdür.
Əmək haqqı: 1000-1200 AZN (Əməkdaşın bilik və bacarıqlarına uyğun təyin olunacaq)
Müraciət üçün CV-lərinizi mövzu hissəsində vəzifə adını “E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elekron poçt ünvanına göndərə bilərsiniz
Oxşar vakansiyalar
A
Bugün
Promo satıcı
Art House Emiliana • Bakı
Tam Ştat
700 ₼Müraciət et
B
Bugün
Online Satış üzrə mütəxəssis
By Telecom • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
IT Presales Talent Program
AEM Elektron • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
B
Bugün
Satıcı
Bay Group • Bakı
Tam Ştat
500 ₼Müraciət et
O
Bugün
Satıcı
Orxideya Parfum • Bakı
Tam Ştat
700 ₼Müraciət et
P
Bugün
Satış təmsilçisi
PEAKPİN MMC • Bakı
Tam Ştat
400 ₼Müraciət et