A
AIMC (Azerbaijan International Mining Company)
Elektrik (Ağdərə)
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Müəssisənin elektrik avadanlıqlarının fasiləsiz, etibarlı və təhlükəsiz istismarını təmin etmək;
- Elektrik avadanlıqlarına planlı texniki xidmət, profilaktik baxış və təmir işlərini həyata keçirmək;
- Elektrik sistemlərində yaranan nasazlıqları operativ şəkildə aşkar etmək, diaqnostika aparmaq və aradan qaldırmaq;
- Elektrik mühərrikləri, transformatorlar, paylayıcı qurğular, kabel xətləri və işıqlandırma sistemlərinin istismarına və texniki xidmətinə nəzarət etmək;
- Elektrik sxemlərinə və texniki sənədlərə uyğun olaraq montaj, qoşulma və sazlama işlərini yerinə yetirmək;
- Yeni elektrik avadanlıqlarının quraşdırılması, sınaqdan keçirilməsi və istismara verilməsi prosesində iştirak etmək;
- Elektrik avadanlıqlarının cari və əsaslı təmir işlərinin icrasında iştirak etmək;
- Aşkarlanmış nasazlıqlar və görülmüş işlər barədə müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Elektrik işlərinin qüvvədə olan texniki norma, standart və təlimatlara uyğun icrasını təmin etmək;
- Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi, sənaye və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
Tələblər
- Elektrik, Energetika və ya digər əlaqəli ixtisas üzrə orta ixtisas və ya peşə təhsili;
- Elektrik sahəsində minimum 1 il iş təcrübəsi;
- Elektrik təhlükəsizliyi üzrə müvafiq sertifikatın olması üstünlük hesab olunur;
- Elektrik sxemlərini oxumaq və elektrik ölçü cihazlarından istifadə etmək bacarığı;
- Elektrik avadanlıqlarının istismarı və texniki xidməti üzrə biliklər;
- Məsuliyyətlilik, intizamlılıq və komandada işləmək bacarığı.
- Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir.
İş yeri və şəraiti
- İş yeri: Ağdərə, Azərbaycan;
- İş qrafiki: Növbəli iş qrafiki;
- Yaşayış yeri və qidalanma: Şirkət tərəfindən təmin edilir.
Qeyd olunan tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində "Elektrik" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
A
Dünən
GPS Quraşdırıcı
A+A Security • Bakı
Tam Ştat
600 ₼Müraciət et
B
Dünən
Zəif axın sistemləri üzrə texnik
BITS MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
B
Dünən
Zəif axın üzrə texnik köməkçisi
BITS MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
C
1 Avqust 2026
Memar
Cronos Construction • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
"
1 Avqust 2026
Fəhlə
"Facade"MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et
O
1 Avqust 2026
Layihələndirmə üzrə memar
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et