Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Transformator, UPS, generator, ATS, düzləndirici qurğular və elektrik paylayıcı panellərin etibarlı və fasiləsiz fəaliyyətinə nəzarət etmək;
- Elektrik avadanlıqlarının iş rejimini mütəmadi yoxlamaq, istismar göstəricilərini qeydə almaq və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
- Elektrik avadanlıqları üzrə profilaktik və planlı texniki xidmət işlərini təşkil etmək və həyata keçirmək;
- Elektrik yüklərini, fazalar üzrə cərəyan bölgüsünü və avadanlıqların yüklənmə səviyyəsini mütəmadi izləmək;
- BMS vasitəsilə elektrik sistemlərinin vəziyyətini və yaranan həyəcan siqnallarını (alarm) izləmək;
- Qəza və nasazlıqların araşdırılmasında iştirak etmək, onların yaranma səbəblərini müəyyənləşdirmək və təkrarlanmasının qarşısını almaq üçün müvafiq tədbirlər görmək;
- Texniki xidmət, sınaq və təmir işləri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, eləcə də təsdiq edilmiş prosedurlara riayət etmək;
- Texniki baxış, sınaq və təmir işləri üzrə müvafiq qeydləri və hesabatları aparmaq;
- Podratçı şirkətlər tərəfindən həyata keçirilən elektrik işlərinə nəzarət etmək və görülmüş işlərin keyfiyyətini yoxlamaq;
- Elektrik avadanlıqlarına dair texniki sənədləri, elektrik sxemlərini və istismar qeydlərini aktual vəziyyətdə saxlamaq;
- Enerji istehlakı göstəricilərinin toplanması və təhlili prosesində iştirak etmək;
- Data mərkəzin 24/7 əməliyyat fəaliyyətini növbəli iş rejimində həyata keçirmək;
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (Elektrik mühəndisliyi, Energetika mühəndisliyi və ya əlaqəli texniki ixtisaslar üzrə);
- Elektrik avadanlıqlarının istismarı və texniki xidməti sahəsində minimum 1 il iş təcrübəsi;
- Transformator, UPS, generator və elektrik paylayıcı sistemlər haqqında nəzəri və praktiki biliklər;
- Elektrik sxemlərini oxumaq və texniki sənədlərlə işləmək bacarığı;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Dil bilikləri: İngilis dili – texniki səviyyədə (arzuolunandır);
- Operativ qərarvermə və problem həll etmə bacarığı;
- Komandada işləmək, effektiv kommunikasiya və məsuliyyətlilik bacarığı.
- Qəza və fövqəladə hallarda operativ reaksiya vermək və stres altında işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik və texniki prosedurlara ciddi riayət etmək bacarığı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
W
QA/QC Engineer
Workplace Interiors LLC
BakıTəcrübə
Müsahibə əsasındaDünən
D
Texnoloq / Ütücü (Qurutəmizləmə)
DRY EXPERT (Qurutəmizləmə şirkəti)
BakıTam Ştat
700 ₼Dünən
S
Analyser Specialist
Socar Polymer
BakıTam Ştat
Müsahibə əsasındaDünən
A
Xərclərə nəzarət üzrə mühəndis
Az-Caspian Construction
BakıTam Ştat
Müsahibə əsasında2 Noyabr 2026
A
Elektronika mühəndisi
ALLSMART TECHNOLOGIES MMC
BakıTam Ştat
600 ₼2 Noyabr 2026
G
Sahə Mühəndisi (Field Engineer) / Mexanik (Neft-Qaz Sektoru üzrə) / Texnik / CNCOperatoru
Gemza Group
BakıTam Ştat
Müsahibə əsasında30 Oktyabr 2026
