Müsahibə əsasında
Vakansiya haqqında
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: “Elektrik mühəndisi”
Vəzifəyə olan tələblər:
- Ali təhsilli (Elektrik mühəndisliyi ixtisası arzu olunandır);
- Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi;
- Elektrik avadanlıqlarının konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Elektrik sistemləri və təhlükəsizlik standartları üzrə biliklər;
- AutoCAD biliyi üstünlükdür;
- Data Mərkəzləri üzrə enerji infrastrukturunda iş təcrübəsinin olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
- İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət etmək;
- Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilmək;
- Elektrik xətlərinin çəkilişi zamanı texnoloji ardıcıllığının qorunub saxlanılmasının təmin edilməsi;
- Sxemlərə (layihəyə) uyğun elektrik şəbəkələrinin montajının aparılması;
- Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
- Aşkar olunmuş nasazlıqları aradan qaldırılması;
- Şirkət daxili qaydalara, təlimat və prosedurlara riayət edilməsi;
- Transformator, kabel xətləri, panellər, generatorlar, invertor sistemləri, PDU-lar və digər avadanlıqların işləmə prinsipi haqqında məlumatlı olması;
- Test, yoxlama və istismara hazırlıq proseslərində iştirak;
- Elektrik təhlükəsizliyi qaydalarının tətbiqinə nəzarət;
- Podratçı işlərinin keyfiyyət yoxlanışı və texniki hesabatların hazırlanması;
- İnzibati bina icarə sahələri və Data mərkəz üzrə elektrik avadanlıqlarının montaj və demontaj edilməsi işlərində iştirak etmək;
- Enerji hesabatlarının periodik olaraq tərtib edilməsi.
Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiyalar
A
Bugün
Metal konstruksiya işləri üzrə böyük mühəndis
Azfen MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Mühəndislik şöbəsində aparıcı mühəndis
Azfen MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Bugün
Lower Completion Field Specialist
SLB • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
E
Bugün
Zəif axın işləri üzrə mühəndis
Estet • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
Z
Dünən
Servis Mühəndisi / Texniki Mütəxəssis
Zirvion Bros MMC • Bakı
Tam Ştat
1500 ₼Müraciət et
W
Dünən
Mechanical Engineer
Workplace Interiors LLC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et