O

Orbitech Solution MMC

Son tarix: 21 Oktyabr 2026

Elektrik ustası

İnşaat və MemarlıqBakıTəcrübə21 Sentyabr 202656

1200

Vakansiya haqqında

Tələblər:

* Elektrik sahəsi üzrə orta ixtisas və ya texniki təhsil;

* Elektrik montajı sahəsində praktiki iş təcrübəsi;

* Bina daxili elektrik və işıqlandırma sistemlərinin montajını bilməsi;

* Elektrik sxemlərini oxuma və sxemə uyğun işləmə bacarığı;

* Avtomat açarlar, elektrik lövhələri, kontaktor, rele və digər elektrik avadanlıqları barədə əsas biliklər;

* Kabel çəkilişi, birləşdirmə və avadanlıqların qoşulması üzrə praktiki bacarıq;

* Zəif axın sistemləri, CCTV, yanğın siqnalizasiyası və şəbəkə kabelləşməsi barədə anlayış;

* Elektrik alətləri və ölçü cihazlarından istifadə bacarığı;

* Məsuliyyətli, diqqətli və intizamlı olmaq;

* Komandada işləmək bacarığı.

 

Üstünlük veriləcək

* Tikinti və obyektlərdə elektrik montajı üzrə iş təcrübəsi;

* Elektrik və zəif axın sistemlərinin montajında təcrübə;

* AutoCAD-də sadə elektrik sxemlərini oxuma bacarığı;

* Müxtəlif tipli elektrik lövhələrinin yığılması və qoşulması üzrə təcrübə;

* Elektrik təhlükəsizliyi qaydaları üzrə bilik.

Vəzifə öhdəlikləri:

* Bina daxilində elektrik və işıqlandırma sistemlərinin montajını həyata keçirmək;

* Elektrik lövhələrinin, avtomat açarların və qoruyucu avadanlıqların quraşdırılması;

* Güc və işıqlandırma kabellərinin çəkilməsi və qoşulması;

* Rozetka, açar, işıqlandırma avadanlıqları və digər elektrik elementlərinin quraşdırılması;

* Zəif axın sistemləri üçün kabel xətlərinin çəkilməsi;

* Yanğın siqnalizasiya, CCTV, internet, telefon və girişə nəzarət sistemlərinin kabel montajında iştirak etmək;

* İş zamanı elektrik təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət etmək.

Oxşar vakansiyalar