A

Amal Group

Son tarix: 6 Sentyabr 2026

Elektrik ustası (Şirvan şəhəri)

İnşaat və MemarlıqŞirvanTam Ştat6 Avqust 202647

1200

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Elektrik sxemlərini oxumaq və onlara uyğun montaj işlərini yerinə yetirmək.
  • Elektrik avadanlıqları, qurğuları və şəbəkələrinin quraşdırılması, təmiri və texniki xidmətini həyata keçirmək.
  • Elektrik xətlərini çəkmək, qoşmaq, izolyasiya etmək və enerji mənbələrinə qoşulmasını təmin etmək.
  • Elektrik nasazlıqlarını aşkar etmək, diaqnostika aparmaq və aradan qaldırmaq.
  • İşıqlandırma sistemlərini quraşdırmaq, sazlamaq və texniki xidmətini göstərmək.
  • Ölçü cihazlarından istifadə etməklə elektrik sistemlərini yoxlamaq və sınaqdan keçirmək.
  • Elektrik təhlükəsizliyi qaydalarına və texniki normalara ciddi riayət etmək.
  • Təhlükəsizlik nişanlarını yerləşdirmək, iş yerində təhlükəsizliyi təmin etmək.
  • Rəhbərlik tərəfindən verilən vəzifə funksiyalarına uyğun tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
  • Görülmüş işlər üzrə tələb olunan texniki sənədləri və hesabatları hazırlamaq.

Tələblər:

  • Təhsil: Orta və ya ali təhsil
  • İş stajı: Elektrik ustası kimi azı 2 il təcrübə

Əmək haqqı: 1200-1400 AZN 

İş qrafiki və qeydlər:

  • 6 günlük iş qrafiki
  • Elektrik işlərinin icrası üzrə tələb olunan sertifikatın olması mütləqdir.
  • Bu vakansiya 2 aylıq layihə üzrə nəzərdə tutulmuşdur. Layihənin başa çatması ilə əlaqədar əmək münasibətləri layihə müddətinə uyğun tənzimlənəcək.
  • İş yerinin ünvanı: Şirvan (Şirvan ərazisinə yaxın ərazilərdə yaşayan namizədlər arzuolunandır)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Elektrik ustası (Şirvan şəhəri)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar