B
B2B Group
Elektrik üzrə sahə mütəxəssisi
Müsahibə əsasında
Vakansiya haqqında
İş yeri: Şuşa şəhəri
Əsas vəzifələr
- Sahədə mövcud elektrik sistemlərinə və avadanlıqlara nəzarət etmək;
- Elektrik sistemlərində yaranan nasazlıqları aşkar etmək və aradan qaldırmaq;
- Elektrik xətlərində, panellərdə, avtomatlarda, kontaktorlarda və digər avadanlıqlarda nasazlıqları müəyyənləşdirmək;
- DALI işıqlandırma sistemində yaranan problemləri diaqnostika etmək və mümkün nasazlıqları aradan qaldırmaq;
- PLC sistemlərində yaranan problemləri ilkin səviyyədə müəyyənləşdirmək və diaqnostika etmək;
- Sahədə sensor, aktuator, kabel, qida xətti və digər elektrik komponentlərində yaranan problemləri aşkar etmək;
- Elektrik panellərinin və idarəetmə sistemlərinin işinə nəzarət etmək;
- Avadanlıqların düzgün və təhlükəsiz işləməsini təmin etmək;
- Aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək və onların aradan qaldırılmasında iştirak etmək;
- Mövcud elektrik və avtomatika avadanlıqlarının texniki vəziyyətini daim nəzarətdə saxlamaq.
Namizədə tələblər
- Elektrik sahəsində iş təcrübəsi;
- Elektrik sxemlərini oxuma və başa düşmə bacarığı;
- Elektrik panelləri və idarəetmə sistemləri ilə işləmə bacarığı;
- Avtomatika sistemləri haqqında praktiki anlayış;
- DALI sistemləri haqqında bilik və nasazlıqları ilkin səviyyədə müəyyən edə bilməsi;
- PLC sistemləri haqqında anlayış və PLC ilə əlaqəli problemlərin ilkin diaqnostikasını apara bilməsi;
- Multimetr və digər ölçü cihazlarından istifadə bacarığı;
- Sahədə elektrik nasazlığının səbəbini araşdırmaq və müəyyənləşdirmək bacarığı;
- 35 kV elektrik qurğuları və yarımstansiya avadanlıqları haqqında ən azı ilkin səviyyədə anlayış;
- Elektrik təhlükəsizliyi qaydalarına riayət etmək;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Sahə şəraitində işləməyə hazır olmaq.
İş şəraiti
- Qalmaq yeri şirkət tərəfindən təmin olunur
- İlk 3 ay sınaq müddəti daha sonra növbəli iş rejimi
- Praktiki sahə işi
- Əmək haqqı bilik, bacarıq və təcrübəyə uyğun olaraq müəyyən edilir
- İşə başlamazdan əvvəl avadanlıqlar və sahə üzrə praktiki təlim/təhvil-təslim həyata keçirilir.
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Elektrik üzrə sahə mütəxəssisi” yazaraq göndərə bilər.
Oxşar vakansiyalar
B
Bugün
Mühəndis konstruktor
BRPG LLC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
T
Bugün
Rig Manager
Turan Drilling and Engineering Company • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
T
Bugün
Workpack Engineer
Turan Drilling and Engineering Company • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
I
Bugün
Power and Automation Engineer
IRES • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
E
Bugün
İnşaat mühəndisi
ERACON MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et
I
Dünən
Vessel Field Engineer
IRES • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et