M

Minvolt MMC

Son tarix: 9 Avqust 2026

Elektrikli velosipedləri üzrə usta (mexanik)

MühəndislikBakıTam Ştat9 İyul 202628

800

Vakansiya haqqında

Vakansiya: Elektrikli velosipedlər üzrə usta (Mexanik)

Əmək haqqı: 800 - 900 AZN (Müsahibə əsasında təyin olunacaq)

Şirkət haqqında: "MİNVOLT" MMC Azərbaycanda ekoloji təmiz mikro-nəqliyyat sahəsində fəaliyyət göstərən, innovativ və texnoloji əsaslı bir şirkətdir. Biz kuryer xidmətləri üçün elektrikli velosipedlərin icarəsi, satışı və sürətli batareya dəyişdirmə xidmətlərini təqdim edirik. Hazırda komandamızı genişləndiririk və təcrübəli usta axtarışındayıq.

Müraciət qaydası: Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində "Elektrikli velosiped ustası" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər:

Elektrikli velosipedlərin, skuterlərin və ya motosikletlərin təmiri sahəsində iş təcrübəsi (elektrik hissəsini bilmək üstünlükdür);

Texniki alətlərlə sərbəst işləmək bacarığı;

Məsuliyyətli, punktual və komandada işləmək qabiliyyəti.

 

Vəzifə öhdəlikləri:

Elektrikli velosipedlərin texniki sazlığına nəzarət etmək;

Yaranan mexaniki və elektrik nasazlıqların vaxtında diaqnostikası və təmir olunması;

Velosipedlərin dövri profilaktik baxışını (əyləc, təkər, zəncir və s.) həyata keçirmək;

Ehtiyat hissələrinin dəyişdirilməsi və quraşdırılması.

Oxşar vakansiyalar