A

Apar (Bike-Sharing Startup)

Son tarix: 8 İyul 2026

Elektro-mexanik

MühəndislikBakıTam Ştat8 İyun 202637

Müsahibə əsasında

Vakansiya haqqında

Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.

İş barədə məlumat: 

  • Elektron velosipedlərdə və avadanlıqlarda (kilid sistemləri, GPS modulları, batareyalar və s.) ilkin diaqnostikanın aparılması
  • Tipik nasazlıqların aşkarlanması və aradan qaldırılması (naqillər, kontakt problemləri, sadə komponentlərin dəyişdirilməsi)
  • Elektronika üzrə baş mütəxəssislə birlikdə texniki işlərin icrası
  • Qurğuların gündəlik texniki vəziyyətinin yoxlanılması
  • Aşkarlanmış texniki nasazlıqların qeydiyyatı və izlənməsi

İş şəraiti

  • İş rejimi - 6 günlük, 09.00-17.00 (şənbə günü-qısaldılmış)
  • Əmək haqqı- Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək 

   Tələblər:

  • Yaş- 28-55
  • Elektronika üzrə baza biliklər (mütləqdir)
  • Sadə elektron sxemləri oxuma bacarığı
  • Elektron komponentlər və elektron lövhələr (PCB) haqqında anlayış
  • Texniki nasazlıqları məntiqi analiz etmə bacarığı
  • Əl alətləri və ölçü cihazları ilə işləmə bacarığı
  • Rus dili biliyi 

Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin  innovativ şirkətdə yer almaq istəyirsinizsə CV-nizi email-in mövzu hissəsinə “Elektro-mexanik” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 055 203 98 89 Whatsapp-na göndərmənizi xahiş edirik( CV qeyd olunmayan müraciətlərə baxilmayacaq).

Oxşar vakansiyalar