Neuro Servis
Elektronika mütəxəssisi / Batareya texniki
600 ₼
Vakansiya haqqında
Azərbaycanda yeganə ixtisaslaşmış batareya servisi — Neuro Servis olaraq komandamıza batareya texniki və ya elektronika sahəsində təcrübəsi olan usta axtarırıq. Namizədin litium-ion batareyalar, elektronika təmiri, ölçü cihazları və texniki diaqnostika sahəsində anlayışlı olması üstünlükdür.
İş haqqında
Gündəlik iş prosesinə əsasən aşağıdakılar daxildir:
-
Litium-ion batareyaların yoxlanılması, təmiri və yığılması
-
18650 / 21700 elementlərlə işləmə
-
BMS sistemlərinin qoşulması və yoxlanılması
-
Elektron cihazlarda nasazlıqların aşkarlanması
-
Multimetr, nöqtə qaynaq, lehimləmə alətləri və digər texniki avadanlıqlarla işləmə
-
Müştəri cihazlarının diaqnostikası və təmir prosesi
-
İş yerində təhlükəsizlik və səliqə qaydalarına riayət etmək
Namizədə tələblər
-
Batareya və / və ya elektronika sahəsində praktiki bilik
-
Əl bacarığının yaxşı olması
-
Məsuliyyətli, diqqətli və səliqəli işləmək
-
Öyrənməyə və inkişaf etməyə açıq olmaq
-
Komanda ilə işləmə bacarığı
-
Təcrübəli namizədlərə üstünlük verilir
-
Təcrübəsi az olan, amma öyrənməyə həvəsli namizədlər də dəyərləndirilə bilər
İş şəraiti
-
Həftədə 1 gün istirahət
-
Nahar şirkət tərəfindən qarşılanır
-
İstəyə görə əlavə iş saatı/overtime imkanı
-
Faiz/bonus sistemi mövcuddur
-
Bonus faizi ustanın təcrübəsinə və iş bacarığına əsasən müəyyən olunur
-
Rahat və inkişaf yönümlü texniki iş mühiti
-
Real praktiki təcrübə və peşəkar inkişaf imkanı
Ünvan: 28 May metrosu, ikinci çıxışla üzbəüz
Əmək haqqı və bonus sistemi namizədin təcrübəsinə, bacarığına və iş nəticəsinə əsasən müsahibə zamanı müəyyən olunacaq.
Maraqlanan namizədlər CV və ya qısa məlumatlarını göndərə bilərlər.
Oxşar vakansiyalar
Santexnik / Texnik
Suyum AZ • Bakı
Elektrik
Facility Management Group • Bakı
Keyfiyyətə nəzarət üzrə mühəndis (tikinti üzrə)
GM Construction • Bakı
Fəhlə
Displey and Stend • Bakı
Texniki Dizayner
ATR PRINT • Bakı
Account specialist
NetAnt • Bakı