G

Golden Pay

Son tarix: 25 İyun 2026

ƏL/TMM üzrə mütəxəssis

HüquqBakıTam Ştat1 İyun 2026175

Müsahibə əsasında

Vakansiya haqqında

Vakansiyanın tələbləri: 

  • Təhsil: Ali; 
  • İş təcrübəsi: müvafiq sahə üzrə 2-3 il; 
  • Azərbaycan dili: səlis (yazı və danışıq), İngilis dili – yüksək;  
  • MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər; 
  • Analitik düşüncə tərzi və problem həll etmə bacarığı; 
  • ƏL/TMM sahəsini tənzimləyən yerli qanunvericilik bazası və beynəlxalq standartlar üzrə bilikləri olan;
  • IT yönümlü (SQL proqramlaşdırma dili) biliklərin olması üstünlükdür;
  • CAMS və s. beynəlxalq sertifikatların olması üstünlükdür; 
  • Kollektivdə işləmək bacarığı. 

Vəzifə öhdəlikləri: 

  • Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyə (ƏL/TMM Qanunu) əsasən müştəri uyğunluğu tədbirlərinin aparılmasını təmin etmək;
  • Qeydi-adi və şübhəli əməliyyatların aşkar edilməsi və araşdırılması;
  • Yüksək riskli əməliyyatlara və müştərilərə münasibətdə monitorinqlərin aparılması;
  • Sanksiya tətbiq edilən şəxslərin siyahısına aid müştəri bazasında uyğungəlmələrin təhlili;
  • FATCA/CRS üzrə tələblərə riayət edilməsinə nəzarət etmək;

 Bölmənin fəaliyyəti ilə bağlı olaraq digər struktur bölmələrlə məlumat və sənəd mübadiləsi, onlardan daxil olan sorğuların araşdırılması və müvafiq rəylərin verilməsi;

  • AML sahəsinə dair mövcud prosedur və qaydalara əlavə və dəyişikliklərin edilməsində, həmçinin, yenilərinin yazılmasında iştirak etmək;
  • AML sahəsində risk qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Oxşar vakansiyalar