A
Almet-STP MMC
Əmək Haqqı üzrə Mühasib
Müsahibə əsasında
Vakansiya haqqında
İş şəraiti:
- Ünvan: Sumqayıt şəhəri
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Stabil iş mühiti və peşəkar inkişaf imkanı;
- Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı
Metal konstruksiya və istehsalat sahəsində fəaliyyət göstərən şirkətimiz komandamıza peşəkar və məsuliyyətli Əmək Haqqı üzrə Mühasib axtarır.
Əgər siz əmək haqqı hesablanması, əmək qanunvericiliyi və istehsalat mühitində əməliyyatların idarə olunması üzrə təcrübəyə maliksinizsə sizi komandamızda görməkdən məmnun olarıq.
Əsas vəzifələr:
- İşçilərin əmək haqlarının, bonusların, əlavə iş saatlarının (overtime), gecə növbələrinin və ezamiyyə xərclərinin hesablanması;
- Məzuniyyət, xəstəlik vərəqələri və işdən azad olma zamanı son haqq-hesabların düzgün icrası;
- Məhkəmə və icra sənədləri üzrə tutulmaların, HYS ödənişlərinin həyata keçirilməsi və aidiyyəti qurumların məlumatlandırılması;
- Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamələrin hazırlanması və təqdim edilməsi;
- Daxili və xarici audit proseslərində məlumatların təqdim olunması;
- İşçilərin əmək haqqı ilə bağlı sorğularının cavablandırılması və arayışların hazırlanması;
- İstehsalat sahəsində növbəli iş rejimi, tabel və davamiyyət məlumatlarının yoxlanılması və sistemləşdirilməsi.
Tələblər:
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsil;
- Əmək haqqı hesablanması sahəsində minimum 2-3 il iş təcrübəsi;
- İstehsalat mühitində(fərqli iş qrafikləri) əmək haqqı hesablanması üzrə təcrübə üstünlükdür;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və Vergi Məcəlləsini yaxşı səviyyədə bilmək;
- Logo proqram təminatında işləmək bacarığı üstünlükdür;
- MS Excel proqramında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyətlilik;
- Məxfi məlumatlarla işləmək bacarığı.
Biz təklif edirik:
- Stabil və peşəkar iş mühiti;
- Karyera inkişafı və öyrənmə imkanları;
- İstehsalat sahəsində böyük həcmli əməliyyatlarla işləmək təcrübəsi;
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
P
Bugün
Mühasib köməkçisi
Premium Park Otel • Bakı
Tam Ştat
700 ₼Müraciət et
P
Bugün
Təşkilati və model risklərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi
PASHA Life • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Daxili audit üzrə kiçik mütəxəssis/mütəxəssis
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Təşkilatı və model risklərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi (Validasiya / Model risklərinin idarə edilməsi üzrə)
PASHA Life • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Maliyyə və sığorta risklərinin idarəolunması üzrə təcrübəçi - Data Analitik
PASHA Insurance • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Əməliyyatçı mühasib
Caspian Cable Systems • Bakı
Tam Ştat
650 ₼Müraciət et