N

NAS Project BOKT ASC

Son tarix: 18 Oktyabr 2026

Əməliyyatçı-kassir (Əhmədli filialı)

Maliyyə və MühasibatlıqBakıTam Ştat18 Sentyabr 202624

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifələr:

  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı və dolğun məlumat verilməsi;
  • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
  • Kassa sənədlərinin Mərkəzi Bankın qaydalarına uyğun olaraq tərtib edilməsi; 
  • Ödəniş kartları üzrə əməliyyatların aparılması;
  • Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər qiymətlilərin  filial direktorunun iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurulması;
  • Gün ərzində hazırlanmış sənədlərin müvafiq qaydada arxivləşdirilməsi;
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər tapşırıqların icra edilməsi.

Namizədə dair tələblər:

  • Ali iqtisadi təhsil;
  • Əməliyyatçı-kassir, əməliyyatçı və ya kassir vəzifəsində minimum 1 il iş təcrübəsi;
  • MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
  • Müştəri xidməti və kassa əməliyyatları ilə əlaqədar müvafiq qanunvericilik biliklərinə malik olmaq (Mülki Məcəllə, müştəri xidməti və kassa əməliyyatları ilə əlaqədar Mərkəzi Bankın normativ aktları); 
  • Komandada və müştərilərlə işləmək bacarıqları;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır.

İş şəraiti:

  • AZ1032, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küç. 1B  
  • Həftə içi 5 iş günü, 09:00–18:00
  • Əmək haqqı: razılaşma əsasında

Qeyd olunan tələblərə uyğun gələn şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyatçı-kassir) göstərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar