Güvənli MMC
Əməliyyatçı-kassir Goranboy, Əməliyyatçı-kassir Dəliməmmədli
400 ₼
Vakansiya haqqında
“Güvənli” MMC Goranboy və Dəliməmmədli filialları üzrə Əməliyyatçı-Kassir vakansiyasını açıq elan edir!
Vəzifə öhdəlikləri:
Lombard daxili normativ sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.
Kommersiya sirri (lombard) təşkil edən məlumatların məxfiliyini qoruyub saxlayır;
Komputerdə Word, Excel, Outlook, İnternet Explorer proqramları ilə işləməyi bacarmalıdır
Kreditin sistemə işlənməsi;Ödənişlərin vurulması;
• Kredit sənədlərinin düzgünlüyünə nəzarət;
• Müştərilərə hesablaşma-kassa xidməti göstərmək;
• Kassa dövriyyəsi haqqında hesabat hazırlamaq;
• Nağd pul və digər qiymətlilərin mədaxil-məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
• İş gününün sonunda nağd pul vəsaitlərini həmçinin qiymətliləri saymaq və hesabatını vermək;
• Nağd pul,qiymətlilərin və bir sıra sənədlərin qəbulu,təhvil-təslimi, saxlanması və qorunması üzrə əməliyyatları aparmaq;
• İş gününün sonunda gün ərzində aparılan mədaxil-məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırma;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək.
Təhsil : Ali
• İş təcrübəsi : 1 ildən başlayaraq
• Yaş : 22 – 35
• Cins : Qadın
• Maliyyə və iqtisadiyyat istiqamətli Ali təhsil , bu sahədə min 1 il iş təcrübəsi;
• Analitik zəka, müştərilərlə işləmək bacarığı;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Komanda ilə işləmək bacarığı;
• Pozitiv ünsiyyət bacarığı;
• Microsoft Office proqramları ilə işləmək bacarığı.
İş rejimi:
6 günlük iş qrafiki;
A.R Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Vakansiyanın tələblərinə uyğun olan namizədlər CVlərini “Əməliyyatçı-Kassir Goranboy”, “Əməliyyatçı-Kassir Dəliməmmədli” başlığı ilə [email protected] elektron ünvanına göndərərək vakansiyaya müraciət edə bilərlər.
Oxşar vakansiyalar
Mühasib köməkçisi
Premium Park Otel • Bakı
Təşkilati və model risklərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi
PASHA Life • Bakı
Daxili audit üzrə kiçik mütəxəssis/mütəxəssis
Kontakt Home • Bakı
Təşkilatı və model risklərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi (Validasiya / Model risklərinin idarə edilməsi üzrə)
PASHA Life • Bakı
Maliyyə və sığorta risklərinin idarəolunması üzrə təcrübəçi - Data Analitik
PASHA Insurance • Bakı
Əməliyyatçı mühasib
Caspian Cable Systems • Bakı