X

Xalq Sığorta

Son tarix: 18 İyun 2026

Əməliyyatlar üzrə kiçik mütəxəssis

İnzibati İşlərBakıTam Ştat18 May 2026546

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 6 ay iş təcrübəsi (bank və ya sığorta sahəsində iş təcrübəsi arzuolunandır);
  • Dil bilikləri - azərbaycan dili - əla; ingilis və rus dili - arzuolunandır;
  • Diqqətli, məsuliyyətli və analitik düşüncə qabiliyyəti;
  • Ünsiyyət qurmaq,  komandada işləmək bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Satış kanallardan gələn sorğuların icra olunması (müraciət formaları, təklif formaları və təqdim edilmiş sənədlər əsasında şəhadətnamələri və qoşmaların hazırlanması).
  • Müştərilərdən daxil olan əməliyyatarla bağlı müraciətlərin cavablandırılması;
  • Şirkətin daxilində mövcud olan digər departamentlərdən daxil olan sorğuların cavablandırılması (gündəlik olaraq tələb olunan imzalı şəhadətnamələrin, digər sənədlərin  və məlumatların təqdim edilməsi və s.).
  • İmzalanmış şəhadətnamələrin və qoşmaların şirkətdaxili qaydalara uyğun qeydiyyatı və saxlamasını təmin edilməsi.
  • Müvafiq hesabatların hazırlanması prosesində iştirak etməsi;
  • Konfidensiallığa  və biznes etikaya riayət etməsi.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
  • İmtiyazlar: Könüllü tibbi sığorta;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Əməliyyatlar üzrə kiçik mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiyalar