A

AT - Geotech MMC

Son tarix: 14 Noyabr 2026

Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer

İnzibati İşlərBakıTam Ştat14 Oktyabr 202667

Müsahibə əsasında

Vakansiya haqqında

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer vəzifəsi üzrə vakansiya elan olunur.

Əsas vəzifə öhdəlikləri:

  • Layihələr üzrə iş qrafiklərinin hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi;
  • Layihələrin icrası üçün zəruri resursların planlaşdırılması və səmərəli bölüşdürülməsinin təşkili;
  • Planlaşdırılmış və faktiki göstəricilərin müqayisəsinin aparılması, kənarlaşmaların müəyyən edilməsi və təhlili;
  • İşlərin gedişatının izlənilməsi, gecikmə risklərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
  • Layihələr üzrə vaxt, resurs və məhsuldarlıq göstəricilərinin təhlil edilməsi;
  • Müvafiq struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi;
  • Əməliyyatların gedişi və nəticələri barədə hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Planlaşdırma proseslərinin təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində təkliflərin verilməsi.

Namizədə dair tələblər:

  • Əməliyyatların planlaşdırılması, layihələrin idarə edilməsi və ya müvafiq sahə üzrə iş təcrübəsi;
  • İş qrafiklərinin hazırlanması və resurs planlaşdırılması üzrə bilik və bacarıqlar;
  • Ezamiyyətə açıq olmaq;
  • MS Excel proqramı üzrə yaxşı biliklər;
  • Analitik düşünmə, məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
  • Problemləri təhlil etmək və operativ həll yolları təklif etmək qabiliyyəti;
  • Komandada işləmək və müxtəlif struktur bölmələri ilə effektiv ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və nəticəyönümlülük.

İş şəraiti:

  • İş yeri: Xırdalan;
  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar