G

Glassica

Son tarix: 27 Avqust 2026

Əməyin mühafizəsi üzrə mühəndis

MühəndislikSumqayıtTam Ştat27 İyul 202637

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Müəssisədə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarının tətbiqinə və icrasına nəzarət etmək;
  • İstehsalat sahələrində mütəmadi yoxlamalar aparmaq, riskləri müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər hazırlamaq;
  • İş yerlərində risk qiymətləndirilməsini həyata keçirmək və müvafiq sənədləşməni aparmaq;
  • İşçilər üçün ilkin, təkrar və növbədənkənar əməyin mühafizəsi üzrə təlimatlandırmaları keçirmək və qeydiyyatını təmin etmək;
  • Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək;
  • İstehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, səbəbləri təhlil etmək və profilaktik tədbirlər hazırlamaq;
  • Dövlət qurumlarının yoxlamalarına hazırlıq işlərini həyata keçirmək və tələb olunan sənədlərin hazırlanmasını təmin etmək;
  • Əməyin mühafizəsi üzrə daxili prosedur, təlimat və digər normativ sənədləri hazırlamaq və yeniləmək;
  • İstehsalat avadanlıqlarının təhlükəsiz istismarına nəzarət etmək;
  • Rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.

Namizədə tələblər:

  • Əməyin mühafizəsi, texniki və ya mühəndislik ixtisası üzrə ali təhsil;
  • İstehsalat müəssisəsində analoji vəzifə üzrə iş təcrübəsi;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi üzrə normativ-hüquqi aktlarını bilmək;
  • Risklərin qiymətləndirilməsi və təhlükələrin müəyyən edilməsi sahəsində bilik və bacarıq;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli, operativ və analitik düşüncə tərzinə malik olmaq.

İş şəraiti

  • İş yeri: Sumqayıt
  • İş rejimi: 5 günlük, tam iş günü

Şirkət təklif edir:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir;
  • Servis xidməti;
  • Nahar əvəzi ödənişi.

Maraqlanan namizədlərdən e-poçtun mövzu hissəsində “Əməyin mühafizəsi üzrə mühəndis” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar