H

HomeVision

Son tarix: 23 İyun 2026

Əmlak meneceri

Marketinq və SatışBakıTam Ştat23 May 20261

500

Vakansiya haqqında

HomeVision – Premium Vakansiya | Əmlak Meneceri (Müqaviləli İş)

Daşınmaz əmlak sahəsində sıfırdan başlayaraq peşəkar səviyyəyə yüksəlmək, yüksək qazanc əldə etmək və real karyera qurmaq istəyənlər üçün HomeVision unikal imkan təqdim edir. Təcrübəniz olmasa belə – iş sizə öyrədilir, siz isə nəticəyə fokuslanırsınız.

İş şəraiti və təqdim etdiyimiz imkanlar:
• İş sıfırdan öyrədilir – praktiki təlim və gündəlik dəstək
• Real karyera yüksəlişi və inkişaf imkanı
• Müqaviləli iş sistemi
• Satışdan yüksək faiz gəliri
• Orta aylıq qazanc 1000–2000 AZN və daha yüksək potensial
• Limitsiz gəlir imkanı – qazanc sizin nəticənizdən asılıdır
• Hazır müştəri və əmlak bazası ilə işləmə imkanı
• Güclü reklam və sosial media dəstəyi
• Tam təchiz olunmuş ofis və bütün iş şəraiti
• Peşəkar və dəstəkçi komanda mühiti

İş qrafiki:
• 10:00 dan–19:00 dək
• Həftədə 1 gün istirahət günü

Ünvan: Elmlər metrosunun yanı
Ərazi: Bakı şəhəri

Şirkət haqqında – HomeVision
HomeVision Bakı şəhərində fəaliyyət göstərən, müasir yanaşma ilə çalışan daşınmaz əmlak agentliyidir. Şirkət yaşayış və qeyri-yaşayış obyektlərinin alqı-satqısı, icarəsi və investisiya layihələrinin təşkili üzrə ixtisaslaşıb. Məqsədimiz müştərilərə etibarlı, şəffaf və operativ xidmət təqdim etməklə bazarda fərqlənməkdir.

Müraciət qaydası:
CV-nizi WhatsApp və ya e-mail vasitəsilə göndərin. WhatsApp aktivdir.

Tələblər:

• Daşınmaz əmlakların alqı-satqısı və icarəsi üzrə müştərilərlə işləmək
• Müştəri tələblərinə uyğun əmlakların təqdim edilməsi
• Əmlak baxışlarının təşkili və təqdimatların aparılması
• Danışıqların idarə olunması və satışın bağlanması
• Mövcud müştəri və əmlak bazası ilə aktiv işləmək

Oxşar vakansiyalar